Astara rayon Kakalos kəndi sakini hərbi hissədə başından vurularaq öldürülüb

Astara rayon Kakalos kəndi sakini, 2001-ci il təvəllüdlü Rusin Rauf oğlu Əhədov Bərdə korpusunun hərbi hissələrindən birində başından vurularaq öldürülüb.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib.

Bildirilir ki, Rusin Əhədov bu ilin aprelində Goranboy rayonu, Bərdə korpusuna müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Hadisənin hansı zəmində baş verməsi müəmmalıdır. Bu gün sabah Əhədovun cənazəsi ailəsinə təhvil verilib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP