Lənkəran rayonun Şilim kəndində qəribə oğurluq baş verib: nə oğrulardan xəbər var, nə də oğurlananların aqibətindən

TolishMedia informasiya agentliyinin verdiyi məlumata görə, Lənkəranda Şilim kənd sakinin son 6 ay ərzində dördüncü dəfədir ki, mal-qarası oğurlanır. Nə oğrulardan xəbər var, nə də oğurlananların aqibətindən.

Lənkəranda örüş sahəsindən günün günorta çağı 1500 manat dəyərində olan iribuynuzlu heyvan oğurlanıb. Kənd sakini Bəylər İsmayılova məxsus tövlədə oğurluq hadisələri bir-birini əvəz edir. Sonuncu hadisə zamanı oğurlanan heyvan tapılandan 2 gün sonra yenə oğurlanıb.

Oğurluq hallarının təkrarlanması zərərçəkənləri narahat edir.

Qeyd edək ki, ayrı-ayrı vaxtlarda nə az, nə çox 4 oğurluq hadisəsi nəticəsində Bəylər İsmayılovun tövləsindən ümumilikdə 4 qoyun və 1 inək oğurlanıb.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP