Ataxan Abilov: Sabah gec ola bilər…

Dövlər Təhlükəsizlik Xidməti (DTX) Xeberman.com və Press-az.com saytınin rəhbəri Polad Aslanovu mərhum professor, əliyevlərin həbsxanasında vəhşicəsinə qətlə yetirilən Novruzəli Məmmədov presedenti ilə həbs edib. Məlumdur ki, Novruzəli müəllim ilk əvvəl polisə müqavimət maddəsilə həbs edilmiş, sonra isə ona ‘Dövlətə xəyanət’ ittihamı irəli sürülmüşdü.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bunu iyul ayının 23-də Avropada siyasi mühacir həyatı yaşayan talış hüqüq müdafiəçisi Ataxan Abilov “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

“Polad Aslanovun həbsini də DTX oxşar senarilə həyata keçirib. Polad bəyin həyat yoldaşının face-də yaydığı məlumata görə ilk əvvəl Polad Aslanov “hədə-qorxu, şantajetmə yolu ilə pul tələb etmə” ittihamıyla saxlanılıb, evində bu ittiham əsasında axtarış aparılıb, sonra isə onun həbsi ‘Dövlətə xəyanət’ ittihamıyla rəsmiləşdirilib.

Belə ssenari Polad Aslanovun həyatıyla bağlı təhlükənin nə qədər ciddi olduğunu ortaya qoyur. Təəssüf ki, Azərbaycan hüquq müdafiəçiləri Novruzəli Məmmədovun işindəki susqunluğu Polad Aslanovun işində də nümayiş etdirirlər. Polad gənc jurnalistdir, təzəcə hərbi xidmətdən qayıdıb, sağlamlığı yaxşı vəziyyətdə deyil. Ona qarşı qərəzin masştabı hamını narahat etməlidir. Sabah gec ola bilər…” – deyə Ataxan Abilov  bildirib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP