Talış güləşçi Avropa birinciliyində bürünc medal qazandı

TolishMedia informasiya agentliyinin verdiyi məlumata görə, Polşanın Krakov şəhərində keçirilən sərbəst güləş üzrə 15 yaşadək yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Astarada anadan olmuş talış gənc idmançı Musa Ağayev 48 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.

Astaralı idmançı qitə birinciliyində əvvəlcə Türkiyə, Macarıstan və Gürcüstan idmançıları üzərində ardıcıl 3 qələbə qazanıb. Yarımfinal yarışında Rusiya idmançısı ilə görüş 5:5 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rusiyalı idmançıya veriblər.

Bürünc medal uğrunda mübarizədə talış idmancı gürcüstanlı rəqibini 10:3 hesabı ilə məğlub edərək, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalına sahib olub.

Qeyd edək ki, Musa Ağayevi bu yarışa milliyətcə talış olan sərbəst güləş üzrə Əməkdar məşqçi  Məhərrəm Ağayev hazırlayıb.

TolishMedia informasiya agentliyi  Musa Ağayevi və talış xalqınının bütün nüməyəndələrini bu parlaq qələbə münasibəti ilə təbrik edir.  İdmançımıza bu şərəfli yolda uğurlar arzu edirik!

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP