Durğan kəndində kütləvi zəhərlənmə baş verib

Lerik rayonun Durğan kəndində kütləvi zəhərlənmə baş verib.

TolishMedia informasiya agentliyinin Lerik bürosunun verdiyi xəbərə görə, hadisə Füzuli Mirzəyevə məxsus evin həyətyanı sahəsində keçirilmiş toy məclisində qeyd alınıb.

Həmin toy məclisində 1981-ci il təvəllüdlü Ehtiram Abdullayev, 1989-cu il təvəllüdlü Kəmalə Quluzadə, 2002-ci il təvəllüdlü Yaşar Quluzadə, 2003-cü il təvəllüdlü Yasəmən Quluzadə (bir ailənin 4 üzvü), 1966-ci il təvəllüdlü İlham Zülfiyev, 1979-cu il təvəllüdlü Mehman Teyyubov, 1997-ci il təvəllüdlü Günay Teyyubova, 1991-ci il təvəllüdlü Mütəllim Teyyubov və 1984-cü il təvəllüdlü Rəvanə Teyyubova qidadan zəhərlənib.

Deyilir ki, Durğan kəndində zəhərlənmış 9 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP