Babagil türbəsinin ətrafı zibilliyə çevrilib

TolishMedia informasiya agentiliyinin verdiyi məlumata görə, Lerik rayonunun Babagil kəndində yerləşən məşhur Babagil türbəsinin ətrafı zibilliyə çevrilib. Hər tərəfdə qədim ziyarətgaha kəsilmək üçün gətirilən heyvanların cəmdəkləri, qida qalıqları, sellofan torbalar, şüşə və plastik qablar tökülüb. Artıq türbənin ətrafındakı meşəliyə leş qoxusundan girmək mümkün deyil.

Oxucumuzun göndərdiyi fotoşəkillərdən də aydın olur ki, meşə ərazisində hər tərəfə heyvan tullantıları atılıb, natəmizlik hökm sürür. Addımbaşı heyvan kəllələri, içki şüşələri, qida qalıqları gözə dəyir. Oxucumuz deyir ki, ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Babagil ərazisini seçsə də, gördüyü mənzərə onu məyus edib.

Qeyd edək ki, Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, Lənkərançayın kənarında, Lerik rayonunun eyni adlı kəndin ərazisində yerləşir. XV-XVI əsrlərin dini-tarixi abidəsi olan ziyarətgah əsl adı Nizaməddin Əmir Şahsevər Gilani Kəsgəri olan Babagilin adı ilə bağlıdır..

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP