Tat aktivist: Muzdlu döyüşçü məsələsi şişir, Türkiyə isə üçdən-beşdən payını alıb, gedəcək oppalara

Muzdlu döyüşçü məsələsi şişir. Washington Post və Wall Street Journal bugün bu barədə yazıb.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə  görə, bunu tat aktivist Nicat İmran “Facebook” sosial şəbəkəsinin öz  səhifəsində yazıb.

“Vəziyyət “güldür”, iki variant olsa da, nəticə eynidir:

1) Bu doğrudur. İran, xüsusən də Rusiya geopolitik səbəblərdən dolayı heç xəyal etmədiyiniz şəkildə müdaxilə edəcək. Qərb susacaq, ona Azərbaycan lazım deyil. Türkiyə isə üçdən-beşdən payını alıb, gedəcək oppalara, 1920-də getdiyi kimi;

2) Bu yalandır. Deməli məqsədli şəkildə tirajlanır bu və hansısa dəqiq olmasa belə çərçivələri müəyyən edilmiş təxmini plan var ortada. Səddam Hüseynin devrilməsi və 2003-cü ilin İraqını xatırlayın”,- deyə N. İmran bildirib.

Go to TOP