Azərbaycan Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakiminə, Zabil Məhərrəmov (Mədoj) Cəmil oğlu tərəfindən Müraciət.

Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən Fəxrəddin Abbasov və ona qarşı sürülən ittihama cavab olaraq Zabil Nəhərrəmov oz Facebook səhiufəsində məhkəməyə müraciət edib: 
“Azərbaycan Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakiminə, Zabil Məhərrəmov (Mədoj) Cəmil oğlu tərəfindən
Müraciət:
Mən Zabil Məhərrəmov olaraq hazırda Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəmisində məhküm qismində işinə baxılan Abbasov Fəxrəddin Fərman oğlu haqqında və mənim onunla əməkdaşlıq etdiyimə görə ona qarşı sürülən ittihamlara cavab olaraq bildirirəm ki, mən onu çoxdan tanısam da onun mənim bloqqer fəaliyyətimdə heç bir köməkliyi və əməkdaşlığı olmayıb. Bir jurnalist kimi yazdığım və çıxış etdiyim bütün mövzuları özüm hazırlamışam və hal – hazırda hazırlayıram.
Abbasov Fəxrəddinin mənim çıxışlarım üçün heç mövzü yazıb hazırlamayıb. Ən azından mən onunla əksər məsələlərdə fikir ayrılığına mənsubuq. Məntiqə sığmaz ki, hər hansı mövzüda onun fikirlərini öz verlişlərimdə səsləndirim!

Mən Zabil Məhərrəmov olaraq bir daha bəyan edirəm ki, Abbasov Fəxrəddin mənim çıxışlarım üçün heç bir mözü ətrafında material hazırlamayıb !

Zabil Məhərrəmov: Pasport seriya – 40 09 910230
16 noyabr, 2019 cu il”. 

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP