Masallı rayonunun Boradigah-Qumbaşı yolu dağılmış vəziyyətdədir. Talışların İlham Əliyevə və Mehriban Əliyevaya etdiyi müraciəti cavabsız qalıb

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər, ancaq bu müraciət cavabsız qalıb.

TolishMedia informasiya agentliyi xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemimiz ondadırki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi Bakı-Astara magistralı ilə birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizin bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova verdiyiniz qəti tapşırıqdan sonra biz problemlə bağlı bu quruma müraciət etdik. Amma bizə verilən rəsmi cavabda deyildiki, bəhs etdiyimiz yol onların balansında deyil. Bunun üçün mütləq hokumətin problemə müdaxiləsi lazımdır.

Hörmətli prezident, hörmətli Mehriban xanım, bilirik ki, bu yaxınlarda Sizlərin təşəbbüsünüzlə dahi şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Ələt-Astara magistralının Masallıdan keçən hissəsinin hər iki tərəfində yaşıllıq zolağı salınacaq. Sizlərdən xahiş edirik ki, bu xeyirxah işlə paralel Boradigah-Qumbaşı yolunun bərpası barədə də göstəriş verəsiniz. Öncədən təşəkkür edirik”.

Qeyd edək ki, Azərbaycan qondarma prezidenti İlham Əliyev dəfələrlə 2020-ci ilə qədər Azərbaycanda şəhərlərarası, şəhərlərdaxili və kənd yolları infrastrukuru yaxşılaşdırılacağını və yeni kənd yolları salınacağını elan edibdir, ancaq bu istiqamətdə Talış bölgəsində bugünəcən heç bir iş görməyib.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP