“Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” iki günlük konfransı başlayıb. açılış mərasimində  İran, Rusiya və ABŞ-ın Ermənistan səfirliklərinin nümayandələri də iştirak ediblər. 

Bu gün Yerevan şəhərində beynəlxəlq “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” iki günlük konfransı başlayıb.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, konfransın açılış mərasimində  İran, Rusiya və ABŞ-ın Ermənistan səfirliklərinin nümayandələri də iştirak ediblər.

Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü  İsmail Şabanov giriş sözü ilə çıxış və Talış-Muğan müstaqil dövlətçiliyinin bərpasının perspektivlərindən danışıb.

İ. Şabanovun sözlərinə görə Azərbaycanda hal-hazırda talış xalqının vəziyyəti çox ağırdır.

“Bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın və talış xalqı  üçün yüksək standartlara cavab verən şərait və dövlət yaradılsın”, – deyə İ. Şabanov bildirib.

Qeyd edək ki, Konfrans İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrası və Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə keçirilir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP