İsmail Şabanov Yerevanda Rusiya və İranın Ermənistandakı səfirliklərinin nümayandələri ilə görüşüb

Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü  İsmail Şabanov Yerevanda Rusiya və İranın Ermənistandakı səfirliklərinin nümayandələri ilə görüşüb.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu barədə talış xalqının ictimai-siyasi xadimi, məşhur teleaparıcı Zabil Məhərrəmov bildirib.

Onun sözlərinə görə, İsmail Şabanovun Rusiya və İranın Ermənistandakı səfirliklərinin nümayandələri ilə görüşlərində Azərbaycanda yaşayan talışlarla bağlı bır sıra məsələlər, o cümlədən Azərbaycanın Talış bölgəsində gedən ictimai-siyasi proseslər müzəkirə olunub.

Qeyd edək ki, dekabrın 6-7-də Ermənistan paytaxtı İrəvanda  “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” konfransı keçirilib. Konfransda iştirak etmiş talış ictimai-siyasi xadimlər və ziyalıları arasında İsmail Şabanov və Zabil Məhərrəmov da olublar.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP