Lənkəranda BİABRÇILIQ. Taleh Qaraşov hara baxır? + VİDEOÇARX

Lənkəranın icra başçısı Taleh Qaraşov üçün də vəziyyət ürəkaçan deyil. Yerli idarəetmə orqanlarındakı kadr dəyişiklikləri cənub zonasını da əhatə etməlidir.

Təkcə Lənkəran deyil, Masallı, Astara və Lerik rayonlarının icra başçılarının fəaliyyəti mərkəzi hakimiyyəti qane etmir.

Talış bölgəsində gözlənilən inkişaf, nəticələr olmayıb. Amma başlanğıcın Lənkəran olacağı proqnozlaşdırılır.

İcra başçısı Taleh Qaraşov işlədiyi müddətdə özünə, oğlanlarına, yaxın çevrəsinə şərait yaratmaqla məşğul olub. Komanda dəyişikliyi dövründə Lənkəran kimi zəngin və potensiallı regiona gənc kadr təyin olunmaması təəccüb doğurar.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Növbəti rüşvət ittihamı isə uşaq bağçası ilə bağlıdır. 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızı bildirib ki, bağçanın müdiri Aybəniz Hüseynova ayrılan ərzaqı təyinatı üzrə istifadə etmir:

2014-2018-ci illərdə Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışmışam. İşdən çıxarılmağıma səbəb dövlət tərəfindən verilən ərzaqların təyinatı üzrə istifadə edilməməsi olub. Belə ki, bu barədə müdirimiz Aybəniz xanıma yaxşınlaşaraq, fikrimi bildirdim.

Hətta məndən əvvəl valideynlər də narazılıqlarını bildirmişdilər. Aybəniz Hüseynova isə cavabında bildirib ki, xoşunuza gəlmirsə, uşağını başqa bağçaya apar. Mən Aybəniz xanıma o sözü deyəndən üç saat sonra icra nümayəndəliyindən Günəş adlı qadın gəldi və bildirdi ki, sənin bağçada hazırlanan yeməklərə qarışmağa ixtiyarın yoxdur.

Və mənə icra başçısının əmri ilə işdən azad edildiyimi dedi. Hazırda haqqımın tanınması üçün məhkəməyə müraciət etmişəm.

Aybəniz Hüseynovanın arxasında İcra başçısının müavini Rasilə Arifqızı dayanır deyə heç kimi saymaq belə istəmir. Müdirənin dediyinə görə icra başçısına da müavini vasitəsilə aylıq haqq verir”.

Göründüyü kimi, son bir-iki ay ərzində Qaraşova korrupsiya ittihamları irəli sürülməkdədir.

Taleh Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.

Xəbərimiz var ki, icra başçısının “Hacı” ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir.

Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.

TolishMedia informasiya agentliyinə daxil olan məlumata görə, Lənkəran Gənclər Mərkəzi Seymur Qaraşovun rayonda sahib olduğu son obyekt olmayıb. Bu günlərdə Seymur Qaraşova məxsus “Dəniz” otelinin açılışı olub.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP