DÜNYANIN ƏN QƏDİM BEYİN ƏMƏLİYYATI

1) 4800 illik tarixi olan bu tapıntı dünyanın ən qədim beyin cərrahiyə əməliyyatlarından hesab olunur.

2) Tapılma yeri : İran, Sistan əyaləti, Şəhri – Soxte qədim xarabalıqları

3) 1977 – ci ildə italiyalı arxeoloqlar tərəfindən tapılan tapıntının cinsi təqribən 13 yaşı olan bir qıza aiddir.

4) Xəstəliyin növü : Hidrosefaliya
Adətən, beyində həddindən artıq su yığılmasına deyilir. Beynin bəzi mədəciklərində olan bu mayenin miqdarının artması beyinə zərər verə bilər. Azyaşlı uşaqlarda rast gəlinən bir xəstəlik növüdür. Xəstəlik uşaqlarda yuxusuzluq, səbirsizlik, qusmaya səbəb ola bilər.

5) Aparılmış cərrahi əməliyyat işi o dövr tibb tarixinə görə bugün üçün müəmmalı və maraqlıdır. Çapıq müayinəsindən və ona bitişik sümüyün yenidən böyüməsindən sonra ehtimal edilir ki, 13 yaşlı bu qız əməliyyatdan sonra 6 ay yaşaya bilib. Hazırki hesabat nevrologiya və arxeologiya arasında qarşılıqlı əlaqənin bir nümunəsidir. Neyroşünaslığın fərqli bölmələri arxeoloji tapıntıların daha məhsuldar olmasına və müalicə işinin necə aparılması barəsindəki suallara kömək edə bilər. Bu tapıntı hal-hazırda İran Tibb Tarixi muzeyində saxlanılır

6) İngiliscə bilənlər aşağıdakı link vasitəsilə daxil olub daha ətraflı məlumat ala bilərlər :

7) Dünyada ən qədim süni göz əməliyyatı barəsindəki postuma da bu link vasitəsilə nəzər sala bilərsiniz.

 

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP