Türk mifologiyasında “göy” rənginin müqəddəsliyi haqqında

1) Türklərin öz simvolları olan müqəddəs qurda “kök böri”, yəni göy qurd demələrinin bir səbəbi vardır. “Kök”, yəni göy, göyün rəngi olan mavilik idi.Əslində, türklər göyə kök tenqri, yəni mavi göy deyirdilər. Bugünkü türkcədə işlətdiyimiz göy(səma) sözü göyün rəngindən başqa bir şey deyildir.

2) Göy rəng müqəddəs göyün olduğu qədər tanrının da simvolu idi. Bir şeyi göy rənginə büründürmək və ya göy sözü ilə bərabər demək, o şeyi müqəddəs saymaq və ya aralarında tanrı ilə əlaqədar bir rabitə yaratmaq istəyindən irəli gəlməli idi.

3) Manas dastanında təcrübəli, dünya görmüş qocalara “ağ saqqallı” deyilir. Lakin Manasın oğluna ad qoymaq üçün birdən-birə ortaya çıxan Xızır barədə isə göy saqqallı sözü işlədilir.

4) Ər-Töştük dastanında da tanrının elçisi olaraq qayın ağacınm üstündən uşağa səslənən nurani qocaya da “göy saqqalı” deyilir.

5) Uyğur hərfləri ilə yazılmış oğuznamədə Oğuz xana yol göstərən qurddan həmişə göy tüklü, göy yeləli qurd deyə söz açılır. Buradan da aydınlaşır ki, qədim türklər qurdun
maddi varlığından artıq yeləsinə və tüklərinə əhəm iyyət verirdilər.

6) Qırğız dastanlarında da “Kök Cal” , yəni “göy yeləli qurd” ən böyük qırğız bahadırlarına verilən bir ünvan idi. Qırğızlar qurda “kaskır” deyirdilər. Bahadırlar üçün bunun yerinə bəzən də “Kök Cal Kaskır”, yəni “göy yeləli bahadır” deyimini işlədirdilər.Göy rəngi bəzən çallaşmış saçlar üçün də ifadə vasitəsi kimi işlətmişlər.

7) Qurd sürülərinin başında gedən və onlara yol göstərənlər, əsasən, qoca qurdlar olur. Bu qurdlar heyrət ediləcək dərəcədə hiyləgər, haradan və nə zaman hücum edəcəkləri bilinməyən heyvanlardır. Qurd sürüləri bu qoca qurdların iradə və istəyinə tabe olmuş bir oyuncaq kimi idi. Buna görə də belə təcrübəli, lakin qorxunc qurdlara “göy yeləli qurd” da deyilmişdir.

8) Qoyun və keçi sürülərinin qabağında gedən qoca, təcrübəli təkə və qoçlar da belə idi. Bunlar da adətən, sürüləri idarə edirlər. Buna görə qırğızlar belə təkələrə də “kök sərkə” , yəni
göy təkə deyirdilər. Geyik sürülərini idarə edən qoca təkələrə də eyni adın verilməsi çox təbiidir.

9) Sahibinə sadiq və onu çox fəlakətlərdən qurtaran itlər də vardır. Orta Asiya nağıllarında belə təcrübəli itlərə isə “göy quyruqlu köpək” deyilirdi. Qurdun yeləsi əvəzinə bunların quy-
ruğu göyləşdirilmişdir.”

Mənbə : Bahəddin Ögəl, Əski Türk mifologiyası

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP