İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən yalan bəyənat: Fəxrəddin Abbasov saxlanma şəraitindən razıdır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib və monitorinq yekunlarıyla  bağlı yalan bəyənat yayıb.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, sözəgedən bəyənatda bildirilib ki,  Fəxrəddin Abbasov saxlanma şəraitindən razıdır․ Guya ki, talış ziyalı F. Abbasovun  kamerası hər şəraitlə təmin olunub, kamerada televizor var, istilik sistemi, rahatlığı normaldır. Ayrılmış vaxtlarda da gəzintiyə çıxır.

Yayılmış saxta bəyənata görə, F. Abbasov deyib ki, hər şey normaldır, ailə üzvləri ilə ayda iki dəfə, vəkillə istədikləri vaxt görüşür”.

Qeyd etmək lazımdır ki, bu bəyənat tamamilə saxta və yalandır və əslində gerçəkliyi əks etdirmir. Talış alim F. Abbasovun kamerası indiyə qədər həç bir şəraitlə təmin olunmayıb. Bununla yanaşı,  TMH və TMMR MH tərəfindən dəfələrlə məlumat yayılıb, ki F. Abbasovu ailə üzvləri və vəkillər ilə görüşməyə imkan verilmir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP