Neftçala – 80

Neftçala  rayonunun 80 yaşı tamam olur. Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur

Neftçala rayonu əvvələr sırf sənaye rayonu kimi təşkil olunmuş , kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdir. Bir müddət inzibati idarəçilik Salyan rayonu ilə eyni mərkəzdən aparılmış , lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1973-cü ilin aprel ayının 27-də Neftçala yenidən müstəqil rayon statusu almışdır.

Neftçala gənc rayon olsa da onun tarixi min illərə dayanır. Neftçala rayonu özündə tarixi türk rayfalarının adını qoruyub saxlayan ilk rayonlardandır ( Bayat , Qaramanlı , Qaravəlli , Oryat , Surra , Qarabucaq , Qaralı , Astanlı , Qaraqaşlı , Beştalı , Qoltuq , Dördlər , Cəngan və sair ).

Neftçala rayonu həmçinin zəngin sərvətləri ilə də fərqlənir. Neft , qaz , yod , brom , balıq , kürü , pambıq , taxıl və digərlərini buna misal göstərmək olar.

Turizm əhəmiyyətinə görə də bu gün Neftçala potensiallı rayonlardan biridir. Kürün Xəzərə qovuşduğu yer , müalicə əhəmiyyətli isti su , palçıq vulkanlar , zəngin təbiəti ilə fərqlənən Azərbaycanın ən böyük adası Kürdili adası , Ən təmiz çimərlik zonası hesab olunan “Müşviq çimərliyi” , Şirvan Milli Parkının bir hissəsi Neftçala rayonu ərazisində yerləşir.

Hal-hazırda Neftçala rayonunun ərazisi
14517 km² , əhalisi 80 mindən çoxdur. 1 şəhərdən , 3 qəsəbədən və 48 kənddən ibarətdir.

Tolish Media.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP