Talışa qarşı tərtib olunub həyata keçirilən cinayətkar proqram haqqında

Bu dövlət, bu rejim Talış millətinə qarşı çox iyrənc və nakişi siyasət aparır və sonra da öz beş qəpiklik KİV-lərində talış fəallarına qarşı cılız və gülməli olsa da bir kompaniya başlayır. Azərbaycanda ən hörmətsiz insanları talışların fəallarına hürdürür. Sanki talışlara qarşı xüsusi bir proqram tərtib olunub. Və həqiqətən də olunub. Koronavirusa görə karantin mərkəzini Talış zonasını təyin etmək düşməçilikdir. Talış zonası rütübətli olduğuna görə ora karantin üçün, koronaviruslu xəstələrin başqa yerlərdən ora göndərilməsi ən yaramaz işdir. Xaricdəki bütün koronalı xəstələri yığ Talış bölgəsinə, sonra da de ki, “Koronaya yoluxanların əksəriyyəti Cəbun bölgəsindəndir”… Rütubətli iqlim şəraitində Korona viruslarının ömrü də çox olur. Virus quru havada tez ölür. Ona görə də hakimiyyətin koronalı xəstələri subtropik iqlim şəraitində yerləşdirilməsi cinayətdir! Talışlar etiraz edən kimi, qorxub başqa yerlər haqında reportaj verdilər ki “baxın tək sizdə deyil”. Amma yox, elə ən çox bizdədir. Gözdən pərdə salmayın! Bu da onu görsədir ki talışların fəallığını düşmən görür və qorxur.
Bundan başqa Talış zonasında narkomaniya, SPİD, Hepatit C və digər xəstəliklərin yayılmasını da qəsdən təşkil edirlər və illərdir talışlara qarşı müəyyən proqramla iş də görülür. Bunlar aşağıdakılardır.

Bu proqrama görə:

1. Azərbaycanda Talış dili fakultəsini açmaq olmaz. Peşəkar talış dili müəllimləri hazırlanmamalıdır. Yəni bir baytar və yaxud bədən tərbiyəsu müəllimi talış dilini tədris edə bilər.
Talış dilinin məktəblərdə tədrisi isə formal xarakter daşımalıdır. Əslində çox aşağı səviyyədə qalmalıdır. Bu minvalla Talış dili məktəblərdə normal şəkildə keçirilməyəcək və dil aradan gedəcək. Bir sözlə talış dilinin inkişafına yol vermək olmaz.

2.Talış millətinin tarixi də onlara tədris olunmamalıdır, tarix dərsliklərində isə Talış tarixi saxtalaşdırılır. Məsələn, Talış xanlığı Lənkəran xanlığı adlandırılır. Ümumiyyətlə Talış dövlətçiliyi haqqında hər şey unudulmalıdır və silinməlidir. Talış tarixini araşdırıb üzə çıxardanları isə hüquq mühafizə orqanlarına çağırıb narahat edəcəklər və bu işdən uzaqlaşdıracaqlar. Talışların tarixi şəxsiyyətləri də ya azərbaycanlı ya da türk adlandırılır. Belə ki talışlar öz tarixi şəxsiyyətlərini də unutmalıdırlar. Talış dövlətçiliyi haqqında danışan onu tələb edən talış öz millətinin gözündə düşmən elan edilir.

3.Talışlarla aktiv şəkildə azərbaycanlı kütləsinə qarışdırıb assimiləsiya etmək gərəkdir. “Milləti bölməyin, qız alıb, azı vermişik, hamımız azərbaycanlıyıq, separatçılıq etməyin” şüarları da bu müqabildən olan siyasətdir. Bu siyasət ümümilli səviyyədə getməlidir.

4. “Talış” adı qanunla qadağan edilib. Valideyin öz övladına bu adı qoya bilməz. Bu Azərbaycan dövlətinin bu ada münasibətidir. Talış adı ilə hər hansı bir lövhə, mağaza və yaxud resrtoran qeyri rəsmi şəkildə qadağan edilir.

5. Talış dilində televiziya və radio olmamalıdır. Talışlar öz regionunda öz dillərində verilişlərə baxa bilməzlər. Əks halda bu o deməkdir ki Azərbaycan hakimiyyəti və dövləti bu əraziləri talışların ərazisi kimi tanıyır.

6. Talış dilində tarixi toponimlər tədricən dəyişdirilib türkləşdirilməlidir. Bu siyasət artıq reallaşdırılır.

7. Talışın tarixi və mədəni abidələri də məhv olunmalıdır və yaxud daşınıb başqa regiona aparılmalıdır. Talışlar özlərini qədim tarixə və mədəniyyətə mənsub olmalarını bilməməlidirlər. Bununla birgə talışlar digər irani xalqlardan ayrılmalıdırlar ki özlərini böyük İran mədəniyyətinə aid edib qürurlanmasınlar. Buna görə arada farsları söyüb talışları tərifləmək lazımdır ki talış özünü farsla və yaxud iran xalqları ilə bir böyük və qohum xalq bilməsinlər. Talışları sadəlöhv, avam, bisavad hesab etdiklərindən bu çırkin siyasətə də əl atırlar. Onların pantürk millətçi fəalları da bu işlə məşquldurlar.

8. Talış millətinin sayı həqiətdə olduğundan həmişə 10 dəfə az göstərilir və bu işlə Azərbaycan Dövlət Statistika Komitəsində məşquldur. Yəni bu Azərbaycan dövlətinin siyasi xəttidir. Talışların sayı artmasın deyə Talış zonasında narkomaniya, SPİD, Hepatit C və digər xəstəliklərin yayılmasını da qəsdən təşkil edirlər.

9. “Talış regionu”, “Talış dağları”, “Talış ovalığı”, “Talış meşələri” və yaxud “Talış mətbəxi” və s. bu kimi ifadələr aradan aparılmalıdır, yerinə isə “Cənub regionu”, “Cənub dağları”, “Lerik dağları”, “Yardımlı dağları”, “Cənub mətbəxi”, “Lənkəran ovalığı” və s. adlarla əvəzlənir.

10. Talışlar yaşayan yerdə türkçülüyün təbliğatı məxsusi şəkildə gücləndirilir. Bunun üçün də talışların içinə türkçülük edən adamları soxuşdururlar.

11. Talış regionunda heç bir talış nə icra başçısı, nə polis rəisi, nə prokuror nə də ki heç bir əsas rəhbər yerlərdə ola bilməz. Dövləti idarə edə biləcək kadrları yetişməməlidir. Talışların içindən ancaq pulunu düşünən iş adamı, alverçi, vor zakon, avtoritet çıxsın. Elm adamları kanara qoyulsun.

12.Talışlar Qarabağda ən təhlükəli və ön xətdə yerləşdirilməlidirlər ki psixoloji cəhətdən türklərin düşmənləri ilə düşmən olsunlar və onların qoyduğu dəyərlər üzərindən tərbiyələdirilsinlər. Qarabağ məsələsinə müstəqil baxışları olmasın, öz talış müqəddəratını da düşünməsinlər, heç yadlarına da düşməsin.

13. Talış regionunda gəlmələrin sayı tədricən artırılır ki talışlar orda da azlıq olsunlar.

14. İqtisadi cəhətdən Talış regionu çökdürülməlidir ki talışlar ordan Bakıya, Sumqayıta və yaxud xaricə köçüb getsinlər..

15. Talışlar Azərbaycanda nə mədəni, nə də ki siyasi muxtariyyət ala bilməzlər. Çünki Azərbaycanda hakimiyyət məsələlərinə müdaxilə edə bilərlər. Bu muxtariyyət ancaq erməilərə təkidlə təklif edilir, özüdə dünyada ən geniş muxtariyyət. Vaxtı ilə ermənilərlə “türkün torpağı” adlanan Qarabağda döyüşən talışlara bu kimi heç bir imtiyaz verilə bilməz.

16. Talışları birləşdirə biləcək futbol klubları və yaxud digər idman klublarının fəaliyyəti yolverilməzdir. Məxsusən futbol klublarına. Əgər belə klub varsa o da gərək orta-babat yerdən yuxarı qalxmaya, çünki qələbələr talışların milli oyanınşına xidmət edəcək.

17. Hər cür işlər görülməlidir ki talışlar öz milli mənsubiyyətindən uzaq dursunlar və türkçülüyə sərf edən saxta “azərbaycançılıq” etsinlər. Talış uşaqları türkçülük ruhunda böyüməlidir. Məktəblərdə, baxçalarda onlara bu səmptə nüfuz edilməlidir.

18. Talışların hər müstəqil siyasi və mədəni mübarizələri dəf olunmalıdır çünki bu talışların ümumxalq siyasi oyanışına xidmət edir. Buna görə talışların milli mədəni muxtariyyətlərinə hətta xaricdə də imkan vermək olmaz. Hansı talış xaricdə bu işə gedir, ona və onun Azərbaycandakı qohumlarına təzyiq olunmalıdır və olunur. Onlar qorxudulmalıdırlar ki belə işlərə xidmət edən təşkilatları yaradmasınlar, orda iştirak etməsinlər, yaratdığı təşkilatları isə ləğv etsinlər.

19.Talışların təşkilatlanma işinə əl tutan İmkanlı talış iş adamları ya müflis olunmalıdır, ya hə vəchlə öz millətindən uzaqlaşdırılmalıdır. Yaxşı olar ki onların biznes maraqları Azərbaycandan olan qeyri talışlarla bağlı olsun. Bunun üçün ətrafında talışlar olmasa yaxşıdır. Belə ki xaricdə olan tanınmış talış idmançıları, alimləri, siyasətçiləri, iş adamları və sair bu kimi şəxslər tez zamanda azərbaycanlı, amma talış probleminə zidd olan kəslərlər əhatə olunmalıdır ki türk-azərbaycanlı şuru beyinlərindən çıxmasın və təfəkkürü assimilyasiya olunsun. Lider ola biləcək talışı isə vaxtında müəyyənləşdirib ya aradan götürmək lazımdır, ya qorxudmaq lazımdır, ya da pul, vəzifə müqabilində öz millətindən uzaqlaşdırmaq lazımdır.

20. Azərbaycanda və xaricdə heç cürə imkan vermək olmaz ki talışlar ayrıca bir millət kimi siyasi cəbhə qursunlar. Onlar gərək müxtəlif siyasi partiyalara dağılışıb hər yerdə azlıq olsunlar və söz sahibi olmasınlar. Talışların başını ancaq ümum Azərbaycan probləri ilə qatmaq gərəkdir ki öz problemlərindən başqa hər nə işlə məşqul olurlarsa olsunlar. Məsələn talışın müxalifət partiyasında olması daha yaxşıdır nəinki Talış Milli Hərəkatında. Bu yolla belə talışlar öz millətindən mümkün qədər uzaqlaşdırılmalıdır.

21. Və ən əsası da budur ki talışları və Talış Milli Hərəkatını regionun qüdrətli ölkələrinin gözündən salmaqdır. Buna görə də bəzi sadəlöhv axmaq adamların vasitəsilə talışları onlar üçün potensial düşmən ideologiyasında olan adamların arxasına qoşub uçuruma göndərməkdir. Talışlara zərbə vura biləcək adamları talış milləti üçün axsaqqal, lider, başçı kimi soxuşdurmaqdır. Düşmən elə etmək istəyir ki talışlar regional qüdrətlərin gözündə, yəni Rusiya və İran kimi ölkələrin qabağında etibarsız, axmaq, səfeh, onların düşmənlərinə dəsətk verən bir millət kimi qələmə verilsinlər. Bu iki ölkəyə kim zidd danışırsa talışları onun arxasınca, ona dəstək verən, onu müdafiə edən milləti kimi görsədsinlər. Və bu işi görən talışlar hamısı uçuruma gedib. Misallar göz qabağındadır.

Bu siyahını davam etdirmək də olar. Amma, biz yekunlaşdıraq. Belə ki bu proqrama görə talışların xeyrinə nə varsa qadağan olunmalıdır bu siyasətə müqavimət görsədən talış miilli hərəkatın fəalları isə təqib olunmalıdırlar.

Bu siyasətin bir adı var: “Talışa ölüm” siyasəti!

Və bunların hamısını görə-görə bu həyasız, vicdansız, şərəfsiz adamlar deyir ki talışlar niyə Ermənistanda keçirilən elmi konfransa dəvəti qəbul ediblər, niyə millətçilik edirlər, niyə Azərbaycanı bölürlər, niyə özlərinə azərbaycanlı yox, talış deyirlər və sərsəm ittihamlar səsləndirirlər.
Azərbaycandan və Rusiyadan olan talışlara həyasızcasına irad bildirlər bəs deyil, hələ bir İran talışlarına da irad bildirirlər. Onları hətta öz ölkələrinə qarşı provokasiyalara cəlb etməyə cəhd edirlər ki talışlar orda etibardan düşsün və bu işə bəzi. Şərəfsiz talışları da qatırlar. Belə çıxır ki talış bu bir pantürk dövlətin əsirirdir və ona hər nə desələr susub tabe olmalıdır.

Deməli bu təbirlə sabah Azərbaycan Gürcüstanla da müharibə etsə gərək dünyada yaşayan talışların hamısı gürcülərlə düşmən olsun! Belələrinə deyirik! Talış heçkəsin quyruğu deyil, özü bilər kimlə nə vaxt dost olar, kimə düşmən olar. Bu tarixən belə olub və gələcəkdə də beıə olacaq!

Deyirlər ki xəyanət edirsiniz… Bəs onda Talışa qarşı aparılan bu siyasət nədir? Qardaşlıq siyasətidir? Dostluq siyasətidir?
Bir qrup millətçi təfəkkürlülər isə talışın müqavimətindən başqa bir şey görmür və bunlar üçün bu ən böyük təhlükədir.
Onlara da deyirik! Allahın Azərbaycana verdiyi bu qədər neməti bir qrup quldur dəstəsi ələ keçirib sökür dağıdır siz isə tula kimi gözlərivizi döyə-döyə baxırsınız və ancaq talışın üstünə it kimi hürə bilirsiniz. 25 ildir sizi minib çapırlar! Xoşuvuza gəlir? Ermənilərə təklif olunan dünyada ən geniş muxtariyyətlə razısınız, amma sizin tərəfinizdə döyüşən talışlar eyni bu statusu istəyəndə deyirsiniz ki bu separatçılıqdır və razı deyilsiniz. Sizin kimilərin alnına “döyüş” yox, “qorxaqlıq, şərəfsizlik və rəzalət” yazılıb!

Nəisə… Talışlar nə vaxt istəslələr və hara istəsələr gedəcəklər, kimlə istəsələr durub-oturacaqlar, çünki siz talışlara xəyanət eləmisiniz. ÇOXDAN!!! LAP ÇOXDAN!!! Ona görə sizin sözləriniz talışlar üçün, heçnədir, zibildir.

O polislər, paqonlar, nə bilim nələr ki var bu rejimi qoruyur, onlar öz balalarının gələcəyini bir qrup itin kefinə qurban verirlər. O dövlət ki var arzusu ilə yaşayırlar onu da zibillədilər. Onların və onların uşaqlarının gələcəyi də yoxa çıxır. Biraz din var idi onu da bəzi satılmış kukla ruhanilərlə, din adı ilə yaltaq mütriflərlə sındırıb aradan aparırlar. Meyidsiz, meyid! Hələ də nağıllarla yaşayırsınız! Dünya dəyişir, və sizin üfunət iyi verən xəyallarınız elə birinci növbədə talışlar tərəfinfən tapdalanacaq, sonra isə yuxudan, yalandan ayılmış azərbaycanlılar tərəfindən!

“Finita la komediya” yaxınlaşır…. Bu teatra az qalıb! Dünyada nələr baş veirr və ancaq neftdən asılı olan ölkələr necə çökəcək özünüz görəcəksiniz. Azərbaynın başına bəla olan bir ailə ölkənin çöküşünü daha da sürətləndirir. Məm bir talış kimi istəmirəm sadə azərbaycanlılar əza çəksin. Biz istəyirik ədalətli şəkildə ölkə hamının olsun. Amma öz payımızı da qarantiləşdirilmiş və müdafiə olunmuş görmək istəyirik ki daha bizim başımıza bu bəlalar gəlməsin. Bunu ancaq bizim, talışların, Naxçıvan kimi, ya da Qarabağ ermənilərinə 25 ildir təklif olunan muxtar respublikamız, dövlətçiliyimiz təmin edə bilər. Bu bizim haqqımızdır! Və bu olacaq!

Talış bayrağı isə Talışın paytaxtı Lənkəranda dalğalancaq sizin gözünüzün qabağında!

Seyfəddin Talışstani

Go to TOP