Kahin Mirzəlizoə vaxtsız dünyasını dəyişdi: Ələkrəm Hümmətov bütün talış xalqına başsağlıq verib

Belarusun paytaxtı Minskdə talış milli fəalı, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri Kahin Əbilov (Mirzəlizadə) xəstəxanada dünyasını dəyişdi.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Talış-Muğan Muxtar Respublikasının Prezidenti, Talış Milli Hərəkatı və TMMR-nın Mühacir hökuməti Kahin Mirzəli zoənın vaxtsızvəfatı ilə bağlı bəyanat yayaraq, milli fəalın qohumlarına, yaxınlarına,  həmçinin bütün talış xalqına başsağlığı verib.

Müasir dövrün ən görkəmli talış ictimai-siyasi xadimlərindən biri olan və bütün şüurlu həyatını xalqının milli-mədəni dirçəlişinə həsr edən Əbilov (Mirzəlizadə) Kahin Mirzəli  zoə ömrünün 52-ci yaşında bizləri tərk etdi. K. Əbilov (Mirzəlizadə) 16 mart 1968-ci ildə Azərbaycan SSRİ-nın Masallı rayonu Kolatan kəndində anadan olub. 1985-ci ildə Kolatan kənd orta məktəbini bitirərək, elə həmin ildədə Brest mühəndis-tikinti institutuna qəbul olunur (indiki Brest dövlət texniki universiteti) 1986-1988-ci illərdə hərbi xidmətini Sovet ordusu sıralarında  Arxangelsk şəhərində  keçir. Təhsilini Belorus politexnik universitetində davam etdirir. Yenidənqurma dövrünün başlanması ilə Kahin həm Azərbaycanda, həm də yeni vətəni olan Belarusiyadan aktiv siyasi-ictimai həyata qoşulur. Belə ki, O  ,həm Azərbaycan sosial-demokrat partiyasında, həm də Belorus Xalq cəbhəsində fəallıq göstərir.              

        Kahin Əbilov Belarusiyadan Azərbaycan diasporasının yaradıcılarından biri olmuşdur. Minsk şəhərində “Qobustan” icmasının yaradıcılarından və sədr müavini, həm də Belarusiya Azərbaycan icmaları konqresinin sədr müavini idi. Azərbaycan diasporasının “Dan ulduzu” adlı qəzetinin nəşrini təşkil etmiş, Azərbaycan diaspor asına həsr olunmuş “Azəricə danışaq” kitabını çap etdirmişdi.            Uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kahin Mirzəlizadə “Simurğ” adı ilə şəxsi mini-futbol komandasını yaradır  və bu komanda bir sıra uğurlar əldə edir. Belarusiyanın ikiqat çempionu ,Belarusiya kubokunun ilk üçqat sahibi,  həmçinin Kontinentlər arası kubokunun medalçısı. O ,azərbaycanlılar arasında təşkil olunan “Novruz” həvəskar mini-futbol turnirinin  təşkilatçılarından biri olub.     

        Kahin Mirzəlizadəni talışın ən böyük mesenatlarından  biri saymaq olar. “Tolış” və “Şəvnışt” qəzetlərinin nəşrinə dəstək, Talış mədəniyyətinin dirçəlişi beynəlxalq fondunun əsasının qoyulmasında iştirak, talış dilində ilk musiqi albomunun (İsrail Məmmədovun ” Bahand toışi bılbıl”) maliyələşdirilməsi, talış və başqa dillərdə mədəniyyətimiz və tariximizlə bağlı bir çox kitabların nəşri və s. buna bariz nümunədir. O, Talış  Milli Akademiyasının-ilk talış elmi mərkəzinin yaradıcılarından biri və onun rəhbəri idi.             

       Məxsusi olaraq Kahin Əbilovun baş redaktor olduğu,  Talış Milli Hərəkatının ilk və mərkəzi informasiya platforması olan toluşpress.orq-u qeyd etmək lazımdır. Bu sayt üzərində talış vətənpərvərlərinin bütöv bir nəsli yetişib.   K. Əbilov eyni zamanda insan haqlarının müdafiəçisi kimi də fəaliyyət göstərirdi və xalqımızın hüquqlarını qoruyurdu. O, qanunsuz həbs olunan Novruzəli Məmmədovun, Hilal Məmmədovun, Fəxrəddin Aboszodənin müdafiəsi ilə bağlı mətbuatda çıxışlar edirdi. Rusiyanın məşhur hüquq müdafiəçisi S. Qanuşkina ilə birlikdə yuxarıda adları sadalanan şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə press-konferensiyaların təşkilində iştirak edirdi.

        Qədim talış mifologiyasında bir parlaq personaj var-Simurğ quşu. Simurğ quşu bütün quşların şahı olaraq  xeyirxahlıq himayədarı funksiyasına malik idi. Kahin Mirzəlizadənin həyat yolu buna bariz nümunə olduğundan ,yaxınları və dostları onu həmişə bu əfsanəvi quşla müqayisə edirdilər.  Kahin Əbilovun qohumlarına, yaxınlarına,  həmçinin bütün talış xalqına başsağlığı veririk. Talış “Simurğu ” cismən bizi tərk etdi, amma ruhən bizimlədir və yeni “Simurğ” ların yetişməsinə stimul verəcək. Xıdo rəhmət bıko.

Go to TOP