Günahkar Türkiyədir

Hələ 2010-cu ildə Ərdoğan və Əliyev arasında bəzi soyuqluqlar başlayanda Türkiyə rəsmi olaraq Kür məsələsini şantaj olaraq ortaya atmışdı. Həmin vaxtı ilk dəfə olaraq Türkiyənin Ətraf Mühit naziri Veysəl Əroğlu açıq şəkildə bildirdi ki, “Kür bizimdir və onu istədiyimiz kimi istifadə edə bilərik”. Həmçinin əlavə olaraq bildirdi ki, Kürün yönünü dəyişib Qaradənizə axıda bilərlər.

Əvvəla onu deyim ki, bu Beynəlxalq qanunlara ziddir. Həmçinin Azərbaycanın “qardaş” adlandırdığı ölkənin bu cür şantajını indiyənə qədər başqa heç bir dövlət etməyib. Amma bu şantaj həmin vaxtı da, indi də mətbuatda susqunluqla qarşılandı. Baxmayaraq ki, bu şantaj hələ də davam edir və vaxtaşırı Türkiyə Parlamentində hakim partiya tərəfindən gündəmə gətirilir, Türkiyə qarşısında yaltaq, kölə vəziyyətini almış İctimai sektor və Siyasi partiyalar sadəcə susur. Digər tərəfdən Türkiyə bu müddət ərzində yenə də beynəlxalq qanunlara zidd olaraq Kür üzərində bir neçə SES tikib və bu da Kürdə suyun azalmasına, Azərbaycan və Gürcüstanda quraqlıq yaranmasına təhlükə yaradır. Kürün axınını dəyişmək isə bu iki ölkədə ekoloji fəalkətə səbəb ola bilər. Həmçinin bu Mingəçevir SES-in də fəaliyyətinə problem yaradacaq. Bu da Azərbaycanda ciddi enerji qıtlığı deməkdir. Təsəvvür edirsizmi bu işin fəlakət nöqtəsini? Bu bütün regionun süqutu ola bilər.

Təxminən bir ay əvvəl isə Azərbaycan tərəfi Kür barədə susqunluğa son qoyuldu. Amma Azərbaycan tərəfi bunu Qarabağdakı Sərsəng su anbarı ilə əlaqələndirdi. İndi isə İlqar Məmmədov eyni məntiqsiz fikri təkrarlayıb bildirib ki, güya bu Ermənistanla əlaqəlidir və müharibə edib su qaynaqlarını ələ keçirmək lazımdır.

Əvvəla deyim ki, insanları bu cür çaşdırmaq bir dövlət olaraq onsuz da zəif olan maraqları təhlükə altına qoymaqdır. İqtidar və müxalifət birlikdə Türkiyənin Azərbaycana ekoloji fəlakət gətirməsinə şərait yaradır. Hər şeyi Ermənistanın üzərinə atmaqla məsələnin kökünü təhrif edir. Ermənistanın Kür və bəzi su hövzələri barədə Azərbaycana təziqləri olub, amma bu ciddi bir önəm daşımayıb. İnsanları bu cür çaşdırmaq, hədəfdən yayındırmaq ancaq və ancaq bir xalq olaraq başımıza ağır fəlakətlərin gəlməsinə xidmət edir. İnsanlar bu oyuna getməməlidir.

Azərbaycan hökümətinə nəysə lazım olanda həmişə Qarabğa məsələsini ortaya atıb onu həll edir, amma Qarabağ məsələsi həll edilmir. Bu dəfə isə tamamiylə çox biabırçı vəziyyət yaranıb. Türkiyənin maraqlarına görə xalqı təhlükə ilə qarşı-qarşıya qoyurlar. Ermənistanla münqaişənin kökü tamamiylə ayrıdır və güya su mənbələrinə görə nəysə əldə edəcəyimizi söyləyənlər sadəcə dələduzdur və Türkiyənin manipulyativ hərəkətlərinə şərait yaradır. Qarabağ məsələsi birbaşa olaraq seçki və insan haqları məsələsindən asılıdır. Bu məsələdən hər dəfə istifadə edib insanları aldatmaqla regionu çox böyük ekoloji fəlakət qarşısında qoyurlar. Azərbaycan xalqı ayıq olmalıdır. Çünki bir gün ayılıb işıqsız, şoranlaşmış, məhsul verməyən bir ölkədə ayıla bilərik.

Məsələ ilə bağlı linkləri kommentə atıram.

Rahim Şalıyev

Go to TOP