İcazəli qəhrəmanlıq (Video)

Bu videoya fikir verin. Kütlə doluşub, Qarabağ deyir. Və bu kütlə Qarabağı kimdən istəyir?  Müdafiə nazirliyinin əməkdaşı da deyir ki sabah gedin hərbi çağırış məntəqələrinə. Camaat dağılışın deyə yola verir onlar. İndi maraqlıdır. Bu kütlədən neçə nəfər gedib hərbi çağırış məntəqələrinə?

Çıxıb deyirlər Nəcməddin Sadıqov istefaya getsin. Bəs bunu 25 ildir vəzifədə kim saxlayır? O orda nəyə görə oturub? Bu gecə onu gördük ki xalq hakimiyyətlə bir yerdədir. Müxalifət isə Əli Kərimlinin simasında bu hakimiyyətin oyununa getdi. Düzdür müxalifətin bir qismi də dedi ki bu hakimiyyətin oyunudur.

Milli Məclisin binasına girən xalq İlham Əliyevin istefasını yox, Qarabağda müharibə tələb edirdi. Qarabağı elə bu tayfa verib də erməniyə. Bu hadisələr elə iqtidar üçün çox gözəl kart blanş verir. Sabah müharibə olsa onda heç kəs iqtidara söz deyə bilməz. Özünüz istədiniz. Bir tərəfdən də İlham Əliyev və arxasında olan Türkiyə ermənilərə və ruslara qarşı təzyiq elədilər ki bax vurarıq haaa…

Amma bu onlara baha başa gələcək. Rusiya təzyiq qəbul eləmir, vurur cırıq-cırıq edir. Bu Azərbaycan üçün çox təhlükəli oyundur. Hər şey də unuduldu. Türkiyə ordan bir-iki boş pafos dolu sözlər dedi, camaatın başını qatdı, ucuz xallar qazandı bunlar da unutdular ki Kür çayının qurmasında, azərbaycanlıların susuz qalmasında bir başa Türkiyə günahkardır. Milləti sürü kimi oyana çəkdilər bu yana çəkdilər, axırı da heçnə…

Sosial iqtisadi məsələlərin həlli üçün belə izdiham toplasaydı çox məsələlər həll olunardı. Bu küçə yürüşləri icazəli vətənpərvərlikdir. Buna icazə var. Amma hakimiyyətdən başqa şey tələb edə bilməzsiniz, başınıza dubinka vurub atacaqlar zindana. Azərbaycan daxilində siyasi məsələlər həll olunur, apreldə də belə oldu. Ortada gedən kasıbın balası və aldadılan xalq olacaq.

Go to TOP