Deputata möhtəşəm cavab: Talış şəhidlərimizin qanı çaqqal kimi bizə “qardaş deyənlərə” haram olsun! (VİDEO)

Talış xalqının liderləri, ziyalıları, ictimai-siyasi fəalları, aktiv və qeyrətli gəncləri, Azərbaycan türklərindən fərqli olaraq öz tarixini yüksək səvviyədə tanıyan və sevən talış vətəndaşları hər dəfə öz haqqlarını tələb edəndə, Azərbaycanın pantürkist rejiminin psevdo “müdriklərindən” və psevdo multikulturalistlərindən təxminən belə bir ruhda cavablar eşidirlər: “Biz qardaşıq, separatçılıq eləməyin, düşmən dəyirmanına su tökməyin, ayıbdır. Talışlar hər zaman ana vətənləri Azərbaycanın yanında və onun düşmənlərinin qarşısında olublar. Dağlıq Qarabağ və müqəddəs Azərbaycan torpaqları uğrunda gedən savaşlarda minlərlə talış gəncləri könüllü olaraq savaşmış, onlardan da yüzlərcəsi şəhid olmuşdur. Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq Milli Qəhrəmanlar sırasında çoxsaylı talışlar var”.

Milli Meclisin deputatı Erkin Qədirlinin “Facebook” social şəbəkəsində yazdığı statusu da yuxarıda qeyd edilmiş ruhda idi: “Hamımızın bir düşməni var – Ermənistan. Ermənilər bizi sağa-sola, varlıya-kasıba, liberala-mühafizəkara, iqtidarçıya-müxalifətçiyə, dindara-ateistə, türkə, talışa, tata, ləzgiyə və s. bölmürlər. Onlar bizim hamımıza bir gözlə baxırlar – düşmən gözlə.”

Bəli ermənilər hamımıza bir gözlə baxırlar. Ancaq çox təəssüf olsun ki, Azərbaycan həkimiyyəti ermənilərdən fərqli olaraq hamımıza bir gözlə baxmır. Azərbyacan həkimiyyəti üçün ən yaxşı talış şəhid olmuş talışdır.

Erkin Qədirli bir dəfə də olsun parlamentdə demədi ki, niyə talış “qardaşlarımızın” Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan hüquqlarını təmin etmirik? Niyə məktəblərdə talış dili yalnız və yalniz formal şəkildə tədris olunur? Niyə məktəblərimizdə talış dilinin müəllimləri talış dilini bilməyən türklərdir? Niyə 2009-cu il siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasının vətəndaşları olan etnik talışların sayı 112 min nəfərdir (təxminən 1.2 faiz), ancaq bu günlərdə şəhid olan 11 hərbçimizdən ikisi (20%) talışdır?

Suallar çoxdur və Azərbaycanda bu suallara çoxdan cavab verən yoxdur.

Budur Azərbaycan həqiqəti !!!

Nəticə olaraq, burda Talış-Muğan Muxtar Respublikasının Prezidenti, polkovnik Ələkrəm Hümmətovun 2019-cu ilin may ayında Ozodə Tolişıstoni Sədoya (OTV) verdiyi müsahibəsinin bir hissəsini sizin diqqətinizə çatdırmaq istəyirik.

Go to TOP