Düşüncələr astanasında

İllərdir deyirik ki, Qarabağ məsələsinin həlli insan haqlarına hörmətdən keçir. Həmişə də mənim etnik mənsubiyyətimi qabardıb ağızlarına gələni danışırlar.

Deyirik ki, ermənilərə qarşı nifrət təbliğatı Azərbaycan xalqına ancaq ziyan gətirəcək, yenə də etnik mənsubiyyətimiz müzakirə mövzusu olur.

Əliyev ötən çıxışında “Bunlar (müxalifət) ermənidən də pisdir” deyəndə bir az ayıldılar. Bəzi adamlar nəhayət başa düşdü ki, ermənilərə qarşı aparılan nifrət siyasətinin məqsədi daha sonra ölkədəki iqtidara rəqibləri “erməni”, “erməni casusu” çıxartmaq üçündür. Amma çox təəssüf ki, çox adam hələ də başa düşmür. İrqçilik, millətçilik insanları kor edib.

Aynur xanımın dediyindən bu başa düşülür ki, Azərbaycan səfirliyi xaricdə olanlardan istifadə edərək Azərbaycan daxilində nifrət təbliğatı qurmaq üçün təxribat törədib, uşaqlardan istifadə edib. Bu dəqiqə Azərbaycanda hökumətə qarşı təziqlər, nifrət artır. Çarə də belə şeylərdir. Bir qrup uşağı atırsan qızğın kütlənin qabağına, polisə xəbər vermirsən. Sonra da döyülən kimi daxili auditoriyaya nağıl danışırsan ki, “Siz ölkədəki problemlərdən danışırsız, amma bizim Qarabağ boyda dərdimiz var. Bizi, söyməyin, gedin erməniləri söyün”. Ölkə hakimiyyəti yeni bir metodla Azərbaycan xalqının qəzəbini özündən yayındırıb ermənilərə doğru yönəltməyə çalışır.

Elə Real tv kimi propaqanda televiziyasının əməkdaşının hərbi forma, bayraq və press cart-da çıxıb “məni döydülər” nağılı da bu qəbildəndir. Gözləyin və görün. Sabah Azərbaycanda polis küçədə jurnalisti döyəndə deyəcək ki, “de Avropanın göbəyində də azərbaycanlı jurnalisti döyürlər, deməli bizə də olar”. Bir hökumət ki, “Siyasi məhbusları niyə azad etmirsiz?” sualına “Qarabağda ədalətsizlik var” deyərək manipulyativ cavab verir, necə inanıb oyuna gedirsiz?
Bəs prosesin axrı nə olacaq? Olan yenə də fəal azərbaycanlılara olacaq. Misal üçün, ölkədə biri ağzını açıb problemini danışan kimi ağzından vuracaqlar ki, “Xain, bizim Qarabağ boyda dərdimiz var, sən də hakimiyyəti tənqid etməklə erməni dəyirmanına su tökürsən”. Jurnalist çəkiliş edəndə döyüləcək, etiraz edən kimi də deyəcəklər ki, “İkili standartlardır. Avropada bizim jurnalisti döyürlər, biz də əccəb edirik, ölkədəki erməni agentlərini döyürük”.Talışların hansı hüquqları pozulur?

Ok, bir nece insanla elaqe saxladim. Melum olur ki, Azerbaycanin Los Angelesdeki konsullugu bu adamlari cagirib yigib hemin insident olan yere. Amma bir yerlerine eziyyet verib LA administrasiyasina xeber vermeyibler ki, bizim burda adamlarimiz olacaq, bize elave mudafie ucun polis neferleri gonderin. Bu adamlari ora yigandan sonra da dagilisib gedibler Sakramentoya, basqa sheherde basqa etiraza. Amma Sakramentoda ermeniler yasamir. Bunlari ederken Azerbaycan konsullugu basa dusmeli idi ki, LA ermeni sheheridir ve bu protestde eks terefden coxsayli insan istirak edecek. Ya seristesizlikdenmi, ya mesuliyyetsizlikdenmi, ya savadsizliqdanmi, ya da hamisindanmi, bu qeder adami sahibsiz kimi minlerle ermeni etirazcinin qarsisina tullayib ozleri yoxa cixiblar. Sonra insident baslayanda da bu insanlar zeng edib dil tokubler ki hec olmasa bunlara avtobus gondersinler ki bunlar canlarini qurtara bilsinler. Azerbaycan konsullugu onu bele etmeyib. Bu qeder sherefsizdirler bunlar!

Bir nece neferle elaqe saxladim. Indi de gorunen odur ki, hokumet oz sehvini anladigi ucun meseleni ort basdir etmeye calisir. Hetta bezi video filan paylasan ve hokumetin sehvlerinden danisanlara da hede qorxu gelmeye baslayiblar artiq. Butun bu meselenin “hellini” de oz uzerlerine goturubler. Tebii ki de hec bir shey etmeyecekler ne zerercekenlerin xeyrine ne de ki, umumilikde bu meselenin gundemde qalmasi ve mehkemeye muraciet edilmesile bagli. Men komek etmeyi cox isterdim, cehd de etdim, amma Azerbaycan hokumetinin qarishdigi mesele cirkab dolu olacaq. Odur ki bilmirem ki artiq ne ede bilerik. Bu pisliklerle hec ne etmek olmur. Bir suru serishtesiz debilin elinde qalib yaxamiz.

Rəhim Şaliyev
Aynur Jafar

Go to TOP