Tolerant və multikultural Azərbaycan?

Bir vaxtlar İlham Əliyev Azərbaycanın multikultural və tolerantlığı haqqında dünyaya car çəkirdi. Ölkədə hətta multikulturallıq ili elan edirdi. Amma Əliyev hökuməti bu tolerantlıq siyasətinin əksi olaraq daima ölkənin qeyri-türk xalqlarına qarşı zorakı assimilyasiya siyasəti aparıb. Talış xalqınıa olan münasibətdə bu  özünü bariz şəkildə göstərib. “Talış” adı rəsmən qadağan olunub, ölkə ərazisində bu adda olan toponimlər dəyişdirilib, talış tarixinə dair faktlar saxtalaşdırılıb.

İkinci Qarabağ müharibəsindən sonra Əliyev özünün bu ikiüzlü siyasətin davamı olaraq  Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli adlandırılması haqqında Milli Məclisin hazırladığı qanunu təsdiqlədi. Səbəb kimi Saqiyan adının “Azərbaycan etnosu (?), milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımadığı” göstərilir. Əlbəttə ki, bu bəhanədir. Çünki Respublika ərazisində yerli əhalinin məişəti və s. ilə bağlı olmayan “İnəkboğan”, “Axtaçı” kimi yüzlərlə kənd adları var. Lakin onların dəyişdirilməsi barəsində heç bir təklif gözə dəymir. Aşkardır ki, bu yazıq Saqiyan kəndin adının hakim tayfanın qəzəbinə tuş gəlməsinin əsil səbəbi onun “-yan” sonluğu ilə bitməsidir. Bu təsəbbüsün müəllifi deputat Səyavuş Novruzov deyib ki, “mənfur qonşularımız tərəfindən bəzən belə məkanların adları müxtəlif məkrli məqsədlərə yozulur, “xülyalarını” dünya ictimaiyyətinə çatdırmaqda vasitə kimi istifadə edilir”. Demək, “belə məkanları məqsədli şəkildə yozmasınlar”- deyə onlar, yəni “–yan” sonluqlu toponimlər türk adları ilə əvəz olunmalıdır. Halbuki, bu şəkilçi Hind –Avropa mənşəlidir və hazırda Azərbaycanda mövcud olan, Əliyevlər sülaləsinin etnosid siyasətinə tab gətirib öz milli mənlik və mövcudluqunu mühafizə edib saxlamaqda olan talış, tat, kürd xalqlarının dillərində çoxluq bildirir , azər-türk dilində “-lar, -lər” şəkilçisinə müvafiqdir. İlham Əliyev də bunu gözəl bilir, bilir ki, ingilis dilində də bu sonluq var, məsələn, “azərbaycanlı”  bu dildə “azərbaycanian” adlanır.

Bu məsələnin absurdluğu təkcə bununla bitmir: Respublikanın Salyan şəhərindən əlavə, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Oğuz, Hacıqabul, Bərdə, Daşkəsən, Tərtər, Ucar və başqa rayonlarında xeyli “-yan” sonluqlu toponimlər var. Əliyev, Novruzov və hakim tayfanın, parlamentin 90%-ni zəbt etmiş digər üzvləri bu sonluqdan narhat olub həmin yaşayış məntəqələrinin adlarını mütləq dəyişməlidirlərmi? Bəs multikultur, tolerantlıq hayqırmaları nə tez onların yadından çıxdı?

Bu məqamda hakim tayfanın digər üzvü, sabiq spiker Oqtay Əsədovun ermənifobiya mərəzinə mübtəlasının nəticəsi kimi Rumıniya parlamentində xeyli miqdarda erməninin yer almasından bərk narahatlıq keçirdiyi yada düşür. Hərçənd ki, bu ranqda olan dövlət məmuru bilməli idi ki, rumınlarda da “-yan” sonluqlu familiyalar mövcuddur, elə qonşu İranda da, və bu hal heç kəsdə həyəcan hissi doğurmur, tək bir Azərbaycan Respublikasının hakim zümrəsindən və onların apardığı 30 illik dövlət təbliğatının əsirinə çevrilmiş qara kütlədən başqa.

Keçən günlərin birində İlham Əliyev Qubadlı rayonuna getdi. Orada erməni dilində yasılmış bir dəmir lövhə gördü, onu sökməyi əmr etdi. Əskərlər tez həmin lövhəni yerə aşırtdılar. Möhtərəm prezident öz multikultural və tolerant xasiyyətinə müvafiq olaraq onun üstünə çıxıb hoppandı. Xanımı Mehriban Əliyeva da həmin lövhəyə əri kimi cılğınlıqla yox, bir qədər “mədəni” şəkildə tolerantlıq və multikultural munasibət nümayiş etdirdi.

İlham Əliyev mahir bir siyasətçidir. O heç vaxt boş-boşuna heç nə etmir. Bir vaxt “talış” adını qadağan etdirdi, ondan sonra, Azərbaycan ərazisində bu adda olan bütün toponimlər dəyişdirildi.

Saqiyan adının əvəz olunması da bu sonluqlu toponimlərin aqibətinin o cür olacağına işarədir. Erməni dilində yazılmış lövhənin üstündə hoppanmasının mənası isə odür ki, o Azərbaycanın tərkibində ermənilərin yaşamasına, və onların mədəni irsinin nişanələrinin qalmasına imkan verməyəcək. Onda belə bir sual açıq qalır: hazırda mövçud olan, dünya qüdrətlərinin tanımağa hazırlaşdığı, Rusiya sülhməramlılarının himayə etdiyi Artsax Respublikası faktoru bəs necə olsun? İlham Əliyev gözünü yumub onu görməyə bilər, amma bu o demək deyil ki, bu fakt mövcud deyil. Azərbaycanın ərazidində Rusiyanın və Artsax Respublikası bayraqlarının dalğalınması inkar edilməz faktdır. Əgər Əliyev bunu yox etmək istəyirsə, onda bununçün hələ çox çalışmalı, və çox qan tökməli olacaq.

Tofiq Xəlilov

Go to TOP