Şüurlarda inqilab

Səhv etmirəmsə şağoləseli Əskərov Sərxan müəllim yazmışdı ki, “talışçılıq pantürkizmin qarşısında bir sipərdir və bu səddi heç vaxt aşmaq olmaz”. Niyə Sərxan müəllimə müraciət etdiyimi bir azdan tam açıqlayacam.

Əslində bu yazını başqa notlarla yazmaq istəyirdim, çünki “ tolishmedia.com “ saytında getmiş “Cavabını gözləyən suallar” adlı keçən yazıma ğızləvolu Camal Lələzoə, lətifələrini, hekayələrini, şeirlərini sevə-sevə oxuduğum Camal müəllim böyük iradlarla dolu, ana dilimizdə kiçik bir şərh yazmışdı, Camal müəllimin üstünlüyü də, böyüklüyü də ondadır ki, o bizim ana dilimizin ədəbi qaydalarını yaxşı bilir və talış dilində fikrini tam çatdırmaqla, mükəmməl yazır. Bizlər, yəni talış dilində yazmağı bacarmayanlar və ya yazmaq üçün can verənlər bu üstünlükdən məhrumuq. Mən “hökumət məktəbdə bizə talış dilində yazıb-oxumağı öyrətsəydi…” bəhanəsindən də bəhrələnə bilmirəm, çünki ən azı Camal müəllim də məktəbdə talış dilində dərs keçməyib, demək biz öz ana dilimizdə yazmağa can verənlərik, yəni birbaşa da olmasa, dolayısı ilə Camalların, Nərimanların nökərləriyik.

Deyəsən mövzudan yayındım, keçən yazımı (bax: “Cavabını gözləyən suallar” ) paylaşan Camal müəllim orada belə bir irad bildirmişdi ki, “biz ora bayraq qaldırmağa yığışmamışdıq”, haqlı iraddır, hamı bilir ki, Talışın Milli Ruhu Əli Nasirin qəbri üstünə, onu yad etmək üçün yığışmışdız. Kaqalonlu Aydın Canıyev demişkən: amma və lakin…

Hörmətli Camal müəllimin yadında olar, Talışın Milli Ruhu Əli Nasirin vəfatının 3-cü günündə onun qəbrini ziyarət edən verəvullu, mərhum Hüseynqulu Məmmədli qəbrin üstünə balaca bir Talış Bayrağı sancmışdı və şəkilini də çəkib sosial şəbəkədə paylaşmışdı. O vaxt bütün “beynipeyinli pantürkçülər” aya ulaya-ulaya bu bayrağı təhqir edirdilər. Yadınızda olar, tatlığı-yəhudiliyi bilinməyən, həmin ərəfədə özünü “bazara” təzəcə çıxartmış zurnalist, pantürkçü bаzar Həsrət həmin bayraq haqqında “əski parçası” ifadəsini işlətmişdi və elə həmin qəbrin üstündə, Talışın Milli Ruhu Əli Nasirin vəfatının 7-ci günündə Rafiq Cəlilov bаzar Həsrət kimilərə xitabən “bu bayrağa gözünüz öyrəşsin, bu bayrağı bundan sonra tez-tez görəcəksiniz” demişdi. Rafiq Cəlilovun bu bəyanatından sonra pantürkçülər geri çəkilmədilərmi? bAzar HƏsrət tüpürdüyünü yalayıb, “talışın milli rəmzi olmalıdır” demədimi? Demək Sərxan müəllim düz deyib, biz pantürkizmin qarşısında sipərik və bu sipərin möhkəmliyi milli bayrağımızın daha da ucalarda dalğalanmasından keçir. Bəli, bizi bu yoldan çəkindirmək üçün bizlərə bütün təzyiqlər edilir, hədə-qorxular gəlinir, adlarımız “bölücü, separatçı” kimi hallandırılır, lakin bizə qarşı bu naqislikləri edənlər çox gözəl bilirlər ki, talışlar Azərbaycan sevdalısıdırlar, demokratik və bütün xalqların hüquqlarını tanıyan bir Azərbaycan sevdalısı, çünki bu vətən bizim olduğu qədər heç kimin deyil! Bu vətəndə, bu torpaqda bizdən qədimi varsa – buyursun, çıxsın meydana və biz öz mövqelərimizi onlara təhvil verək.

Deyəsən yenə də mövzudan yayındım, Camal muəllim, sözümün canı odur ki, bizim milli bayrağımız belə tədbirlərdə dalğalandıqca Azərbaycanın əsl yiyəsinin kim olduğu hamı üçün aydınlaşır! Yox, mən heç kəsi, xüsusən Rafiq Cəlilovu qorxaqlıqda ittiham etmirəm, ən azı buna mənim mənəvi haqqım yoxdur, elə bircə ona görə ki, Rafiq Cəlilovun Azərbaycanda səsləndirdiyi cəsarətli çıxışlar buna imkan vermir. Elə Avropa Konvensiyasının Azərbaycandakı milli azlıqların durumu ilə bağlı hesabatını şərh edən “ Kavkazskiy Uzel “ saytı 5 fevral tarixdə sayta bir araşdırma yazısı qoyub. Həmin yazıda Rafiq Cəlilov hesabata geniş münasibət bildirdiyi halda, nə “Samur” Ləzgi mədəniyyət mərkəzinin sədri İmran Rzayev, nə də ləzgi dilində çıxan “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova hesabata münasibət bildirməyiblər. Nəticə çıxartmaq elə də çətin deyil…

Hörmətli Camal müəllim, türk millətçiləri küçələrdə canavar kimi uladıqları bir dövrdə talış millətçiləri küçələrdə pələng kimi nərə çəkə bilməzlər, çünki pələngin nərəsindən çox ürəklər partlaya bilər, amma dalğalanan Talışın Milli Bayrağı heç kəsin ürəyini partlatmayacaq, sadəcə şüurlarda inqilab edəcək. Buna görə də Milli rəmzimiz olan Bayrağı ürəklərimizdən açıb, dirəklərə bağlamalıyıq…

Bayrağımıza böyük sevgi, sizə böyük sayğı ilə….

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP