Rusiyada Talış Milli Mədəni Muxtariyyəti yaranmasının bəzi cəhətləri

Oktyabrın 17-də Moskvada Talış Federal MMM –nin təsis qurultayı baş tutdu. Niyə məhz “baş tutdu”? Çünki Azərbaycan Xüsusi Xidmət orqanları, onların Rusiyadakı talış əlaltıları, Azərbaycanın Rusiyadakı lobbisi bunun baş tutmaması üçün əllərindən gələni etdilər. Hətta koronavirusla bağlı karantin tədbirlərindən istifadə edib qurultayı heç olmazsa təxirə salmaq cəhdi də nəticəsiz qaldı: Moskva bələdiyyəsi karantin məhdidiyyətini oktyabrın 19-dan etibarən elan etdi!

Sosial şəbəkələrdə bu təsisatın yaranmasının əleyhinə talış seksotlarının apardığı əks təbliğatı gördük. Amma əsil (yəni saxta yox) talış ziyalıları birləşib onların bədxah niyyətlərini heçə endirdilər. İndi həmin saxta talış vətənşüvənləri plastinkanı dəyişib başqa hava çalırlar, ki, guya bu təşkilatın yaranmasının talışa heç bir xeyri olmayacaq və s. O çür fikirdə olan digər talış övladlarına çatdırmaq istəyirik ki, Talış millətinin Rusiya dövlətində rəsmən belə bir status almasının böyük yuridik, siyasi , həm də tarixi əhəmiyyəti vardır.

Əvvəla, talışların azərbaycanlı yox, məhz talış milləti olması rəsmən sübut olundu, və yuridik olaraq təsbit edildi.

İkinci, Azərbaycan dövlətinin talışları etnosid edib tarix, həm də indiki dövrün siyasi səhnəsindən çıxartma cəhdi iflasa uğradı. Azərbaycan təbliğat maşınının taılşların etnosid edilməsinə hesablanmış – “Hamımız bir millətik, hamımız azərbaycanlıyıq” və bu kimi digər etnosid şüarları təkzib olundu. Ən mühümü isə ondan ibarətdir ki, Talışın siyasi xadimləri bu təşkilatı yaratmaqla tarixi varislik hüququ əldə etdilər. Talış xanlığının Rusiya imperiyası ilə bağladığı bütün müqavilə və diplomatik münasibətlərin varisləri kimi çıxış etmək hüququ qazandılar. Əliyevlər rejiminin talışın tarixinin saxtalaşdırması, talışları türk tayfası hesab etməsi, Talış xanlığını “Lənkəran xanlığı” kimi bir uydurma adla əvəz etməsi, ən nəhayətdə talış etnominin dövlət səviyyəsində qadağan edilməsində əsas məqsədi talış xalqının həm də tarixi varislik hüququnu onun əlindən alıb öz pantürkist niyyətlərinə tabe etmək idi. Məhz talış xalqının ağıllı, mərd, uzaqgörən övladlarının səyi Bakı rejiminin mənfur niyyətini puç etdi, talış xalqının mill inkişafı yolunda geniş imkanlar açdı. O ki qaldı Talışofobiya mərəzindən əziyyət çəkən bir hökumətin tərəfinə keçib ona xidmət edən talış mənşəli adamlara. Onlara deyiləsi sözümüz yoxdur. Bircə onu deyə bilərik ki, Allah bu məxluqları hidayət edib, onlara şəfa versin.

Tofiq Xəlilov

Go to TOP