Bambılı TV lə

Qırx dörd günlük müharibənin yekunu olaraq bağlanan üçtərəfli sazişdən narazı qalan Ermənistan cəmiyyəti meydanlara axışaraq etirazlarını əyani şəkildə nümayiş etdirdilər.Ölkəmizdə də öncələr tv-lərin həndəvərinə buraxılmayan, özü və bir də müavinlərindən ibarət olan bir qrup “müxalifət” partiyalarının sədrləri, məlum müqavilənin ehtiva etdiyi Rusiya sülhməramlılarının D.Qarabağa yerləşdirilməsindən guya xalqımızın həddən-ziyadə narahatlıq keçirtdiyi barədə fikirlər səsləndirməyə başladılar.
Və bu fikirlər Ermənistan cəmiyyətindən fərqli olaraq heç də küçə və meydanlarda səsləndirilmədi, həmişəki kimi virtual məkanda “müxaliflər”in timsalında dil-dil ötüşməyə başladılar.Bu ölkədə bütün tv- lərin iqtidarın inhisarında olduğu təkzibolunmaz bir məsələdir.Elə isə nədən dövlət başçısının imzaladığı məlum sənədə, xalqın mütləq əksəriyyətinin istisnasız dəstəklədiklərini iddia etdikləri iqtidar nümayəndələrinin deyil, bir qrup donqili ” müxalifətçilər” etirazı təşkil olundu?
Burda sual olunur, əgər xalqın əksəriyyəti məlum müqavilənin əleyhinədirsə , nədən dövlət başçısı belə bir sənədi imzalamışdır? Yox , xalq müharibənin bu cür yekunlaşmasından məmnundursa(düşünürəm elə bu cürdür) nədən bu bambılılara tv də çıxış etmək imkanı yaradılır. Yox,yox bircə Allah xatirinə deməyin ki, fikir azadlığı, plüralizm filan… əlamətləridir.Biz, hər halda bu məmləkətdə doğulmuşuq və yaşayırıq, reallıqlarını da çox gözəl bilirik.Həqiqət ondan ibarətdir ki, adını müxalifət qoyan bu bambılılardan, iqtidar vaxtaşırı istifadə edir, özünün münasibətlərini korlamaq istəmədiyi qüvvələri bunların dili söyür, təhdid edir.
Beləcə, həm özünün yeganə, alternativsiz konstruktiv qüvvə olduğunu dünya ictimaiyyətinə nümayiş etdirir, həm də ölkə ictimaiyyətimdə müxalifətçilərin, səfeh, bəsirətsiz obrazını formalaşdırır. Bütün bunlardan sonra, hələ də “müxalifət”ə dəstək verən vətəndaşlarımıza bilmirəm nə ad fikirləşim.
Elvin İrşadov (Umar Ali)
Go to TOP