“Kənddə işıqları gün ərzində 22 dəfə söndürüblər”: Lənkəran rayonu Cil kənd sakini

Lənkəran rayonunun Cil kəndində tez-tez işıqlar sönür.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, gün ərzində Lənkəranın Cil kəndində 22 dəfə işıqları söndürüb-yandırırlar:

“Qəza xidmətindən soruşuruq, səbəb də demirlər. Çağrı mərkəzi isə nə vaxt zəng edirik, deyirlər, işıq dirəyinə maşın çırpılıb. Onların hesabı ilə getsək, Lənkəranda artıq qəzasız avtomobil qalmayıb”.

Məsələ ilə bağlı bü gün “Azərişıq” ASC-dən bildirilib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir.

Go to TOP