Astara, Dilmədi kəndi

İslamdan əvvəlki dövrə aid olduğu ehtimal edilən qəbiristanlıq #Astarada, #Dilmədi kəndində Hirkan Milli Parkı ərazisində qorunur. Dilmədi kəndində yerləşən “Şeyx Dilim” qəbiristanlığı böyük əraziyə malikdir və İslamdan əvvəlki dövrə aid olduğu ehtimal edilir.

Bu qəbiristanlıqda böyük sal daşlardan hazırlanan qəbirlər var”. Bu tip qəbirlər Astaranın bir sıra kəndlərində – əsasən də qədim yaşayış məksənləri olan dağ kəndlərində rast gəlinir. Parkın ərazisində çoxlu tarixi abidələr mövcuddur: “Bunlardan biri Əmir Teymurun oğlu Miranşahın hakimiyyəti vaxtında tikilən “Divəkə” (talışcadan tərcümədə “Div evi”) adlanan qalanın qalıqları və digər tarixi abidələr var.

P.S. təəssüf belə tarixi abidələr məhv olur. Sag ol, Saleh, çəkib tarixin yaddaşına həkk edirsən.

Saleh Bakshiev

Go to TOP