ƏLİ NASİR. Azərbaycanın görkəmli şairlərindən biri idi

Onunla 2001 ildə Bakıda kafedə tanış olmuşdum. Türmədən təzə çıxmışdı. Nəsə problemi var idi. Qardaşlarla oturmuşdum. Zəng elədi. Mənə dedilər ki, bəs indi bura gələn adam şairdi. Gəldi. Tanış elədilər və ondan xahiş elədilər ki, bir şer desin. Sonra mənə dedilər necədi?! Cavabında “qəzəl xoşuma gəldi, amma, axrıncı misra məni açmadı” dedim. “Tüpürüm mən oların lap səsinin zil yerinə” misrasındakı “tüpürüm” poetik ifadə deyil, hörmətə zərəri var, yaxşı olar ki, “Lənət olsun” sözü ilə əvəz edəsən demişdim ki, Şair qızdı ” Sən dünənki uşaq kimsən ki, məndə səhf tutursan?!” deyə bozardı. Mən dillənməmiş Mir Tağı qayıtdı ki: “Əli, ədəbli ol, o nə şairdi nə də uşaq, sən gördüklərivə də bənzəməz.

Əli Nasir bu qınaqdan sonra tutuldu, gördüm mənə bir başqa cür baxmağa başladı. Sonradan qəzetində “tüpürüm” sözün “lənət olsun” sözü ilə dəyişmişdi. Bir ay bir yerdə olduq, nəşriyyata gedib gəldik, hər dəfə mənə sual verirdi ki, “Sən kimsən?” Nə isə…

Yaxşı vaxtlar idi.. Rövşənə ad verilmişdi, Mir Tağıya bir iş adamının uşağını Rossiyada banditlərdən xilas etdiyinə görə kraysler maşını hədiyyə etmişdilər. Zarafatçıl Zakir, qəşəy yemək bişirən ahıl kişi Oktay, oğlundan fəxrlə danışan Şahbaz…

Əli Nasir ona verilən ölüm hökmündən, möcüzə şəklində “Əbülfəzl Abbas” tərəfindən xilas olmağından danışardı. Namaz qılan idi.

Dvijeniya idi. Bir dəfə “mən talış olduğum qədər türkəm” deyəndə mənim qəzəbləndiyimi görüb izah verdi ki, bəs, mən talışlardan incimişəm, onlar mənə ağzına gələni dedilər, halbuki mən böyük işlər görmüşəm deyib bir qəzəlin də oxudu. Bir misra yadımdadı:

“Ay Lənkəranlı talışlar sizə mən neyləmişəm?!” Dədə vay, keyləmişəm.
Tutmadı bizimki. İmpuls qəzetində bir – neçə şerimi çap etmişdi. Özü demişkən: Koba, sən mənə müəmma qaldın, sən kimsən?!

Allah rəhmət eləsin. Allah cəmi qardaşlara rəhmət eləsin!

Sərab Kərimi

Go to TOP