Kadusilər sonradan mı iranlaşıb?

Kadusilərin sonradan “İRANLAŞDIRILMASI” həqiqətlə uyğun deyil. Bu fikri təkzib etməyə Süleyman Əliyarlı’nın “Azərbaycan Tarixi” kitabında göstərdiyi arqument kifayət edər:

“…Yerli əhalinin iranlaşdırılması fikri tarixi gerçəyliyə uyğun deyil. Bu cür iranlaşdırılma baş versəydi orada yaşayan saqartalılar, müklər, utilər, parikanlar, artokoribantlar, Kadusilər, dareytlər, pantimatlar, pavsiklər, kaspilər, matienlər, mardlar, anariaklar və digər tayfalar öz etnik adlarını qeyb etmiş olardılar. Bu proses baş vermədiyi üçün həmin tayfaların adları miladın başlanğıcına qədər qalmaqda idi”
(Əliyarlı S. “Azərbaycan tarixi”, Bakı, 1996, s.82)

Adları çəkilən tayfalar arasında ən qüdrətlisi Kadusilər idi və bu tayfa əslində heç zaman, heç bir dövlətə tabe olmamış, yalnız ümumi düşmənə qarşı qonşuları ilə birlikdə və ya müstəqilliyinə təhlükə hiss edəndə özünə müttəfiq tapıb onlarla birlikdə vuruşmuşdur.
Yəni Kadusilərin sonradan İranlaşdırılması üçün heç bir tarixi şərait mövcud olmamışdır.
Əslində Kadusilər ən qədim İranlılar hesab edilə bilər.

E.A.Qrantovskidə kadusiləri İran tayfalarından hesab edərək, onların sonradan iranlılaşmasını rədd edir: “Onların irandilinə sonrakı dövrlərdə keçməsi sübut olunmayıb və yəqin ki, doğru deyildir”
(Əliyarov S. Mahmudov Y. redaktorluğu ilə “Azərbaycan tarixi üzrə qaynaqlar”, B, 1989, s. 374)

Müasir iran tarixçilərinin əksəriyyəti bu fikirdədirlər ki, Kadusilər talışların əcdadı olmaqla yanaşı qədim iran tayfalarından biri olmuşdur.

Kadusilərin İrandilli yox, Qafqaz və ya Türkdilli olması iddiası mənasız və əsassız fikirdir.

Məhşur İran tarixçisi Əhməd Kəsrəviyə görə “Nə kadusilər aradan getməmiş, və nə də talışlar başqa bir ərazidən buraya gəlməmişlər”
(Fazili A. “Azərbaycan qədim tarixi müasir İran tarixşünaslığında” B. 1970, s. 123)

Kadusilərin yaşadığı ərazilərə nə vaxt gəlmələri dəqiq olmasa da, onları bu ərazilərə köçən ilk irandilli etnos hesab etmək olar. Bu köç isə tarixin yaddaşında yoxdursa, demək kadusilər köklü və ən qədim yerli tayfadırlar.

Go to TOP