Azərbaycan Respublikası ərazisində bir neçə Lək və Ləki kəndləri var

Azərbaycan Respublikası ərazisində bir neçə Lək və Ləki kəndləri var. Mənə maraqlıdır ki, bu kəndlərin əhalisi Qafqaz xalqlarından olub ləzgi dil qrupuna aid leklər yoxsa Aryan mənşəli lək xalqının adı ilə bağlıdır? Hər iki tezis ilə bağlı lehinə və əleyhinə fikir demək olar.

Həmin kəndlərin qonşuluğunda olan regionlarda ləzgi xalqları yaşayır, yəni həmin yerlərdən köçüb gələ bilərlər və ya əksinə həmin kəndlərin ətrafında da əsrlər əvvəl ləzgi xalqları olub sonradan şimala doğru köç ediblər/assimilyasiya olublar/müharibələr nəticəsində qətliama məruz qalıblar. Əleyhinə isə bu tezisin onu demək olar ki, gürcü, erməni və digər mənbələrdə Lekia və leklər Dağıstan ərazisində, Dağıstan və Azərbaycan Respublikası sərhəddində göstərilib həmişə.

Yox əyər Aryan əsilli olmalarına diqqət çəksək, nəzərə almaq lazımdır ki, o kəndlərin yaxınlığına X-XI əsrlərdə İranın şimalından kütləvi köç olub. Həmin köçün qalıqları kifayət qədərdir, məsələn Zazalı kəndi, Laçın (Lahican adından gəlməsi ehtimal edilir), Goranboy və Goran adı ilə bağlı kəndlər, Cəbrayıl, Füzuli və Beyləqan zonasında bəzi kəndlər, həmçinin Azərbaycan Respublikası kürdləri. Həmin ərazilərə köç Şəddadilər dövrünə təsadüf edir. Əleyhinə isə bu tezisin bunu demək olar ki, əlimizdə dəlil, sübut, fakt yoxdur ki, həmin köçün içində ləklər də iştirak edib, “tem bolee” köçdə iştirak etmiş tayfa və xalqlardan xeyli aralıda yaşayırlar.

Nicat İmran

Go to TOP