Sərdar Calaloğlunun Babək və Xürrəmi hərəkatı haqqında cəfəng sözlərini oxudum.

Deyir, islama qarşı döyüşən bizim qəhrəmanımız ola bilməz!

Əvvəl çox çalışdılar Babəki türk çıxartsınlar, gördülər heç cür alınmır, özlərini gülüş obyektinə çevirirlər, indi əl-ayağa düşüb Babəki kafir elan edirlər.

Babəkdən sizə nə?! Siz, yəni kim?! Əgər türkləri nəzərdə tutursansa, türklər Xürrəmilər hərəkatı baş verəndən ən azı 200 il sonra bu regiona ayaq açıblar. Xürrəmilər hərəkatı ümumiyyətlə irani xalqlarla, xüsusilə talışlarla bağlı bir hərəkat idi. Əksinə Babəkə qarşı döyüşən Abbasi qoşunu əsasən Orta Asiyadan gətirilmiş muzdlu türklərdən ibarət idi. Bu haqda kifayət qədər tarixi fakt var.

Babəkin əqidəsi məsələsinə gəlincə, dövrün rəsmi mənbələrinin onu və ümumiyyətlə xürrəmiləri kafir elan etməsi təəccüblü deyil. Əslində bu təbiidir. Məgər həmin rəsmi mənbələr Hz. Peyğəmbərin (s) Əhli-Beytini xarici adlandırmırdı? Baxmayaraq ki, onlar ərəblərin içərisində idilər və onları tanımayan yox idi. Xilafətin mərkəzindən min kilometr uzaqda üsyan edən qeyri-ərəbləri kafir kimi tanıtdırmağa nə var?!

Amma həqiqət budur ki, Babəkin başçılıq etdiyi hərəkat şiə hərəkatı idi və Abbasi xəlifələrinin zülmünə qarşı yönəlmişdi. Həmin dövrdə bu cür üsyanlar xilafətin hər yerində baş verirdi…

Go to TOP