Oqtay Əsədov: Talışların başı saat 12-dən sonra işləmir.

Milli Məclisin keçmiş spikeri Oqtay Əsədov talış xalqını təhqir edib.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə  görə, bu barədə Oqtay Əsədovun Milli Məclisinin sədri olduğu zamanı orda işləyən talış Rahim Axundov bəyan edib.

“Mən Lənkəranda doğulmuşam. Milli Məclisdəki işimdən məni zorla uzaqlaşdıranda Milli Məclisin keçmiş spikeri bu barədə mənə heç bir səbəb və ya əsas göstərmədi. Onda belə çıxır ki, məni məhz talış olduğuma görə işdən zorla çıxartmaq barədə əsaslı şübhələr vardır. Respublika Prokurorluğu bu məsələni araşdırmalıdır. Cinayəti ört-basdır etmək olmaz.

Oqtay Əsədovun cangüdəni məni görən kimi “talış gəldi” deyə qışqırırdı. Mənə deyirdi ki, talışların başı saat 12-dən sonra işləmir. Bu cür fikirlər ayrı-seçkilik yaradan fikirlərdir.. Bu cinayətlərə hüquqi qiymət verilməlidir. Bu ölkədə məni sevmirlərsə, açıq desinlər, mən də bu ölkədən köçüb gedim. Oqtay Əsədovun komandası, nə də Sahibə Qafarovanın komandası indiyə kimi mənə demir ki, işdən zorla uzaqlaşdırılmağımın səbəbi nə idi”,- deyə Rahim Axundov bildirib.

Go to TOP