Fransa səfiri Talışıstana səfər edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros yanvar ayının 24-də Talışıstana səfər edib.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Zakari Qros Talışıstana səfər çərçıvəsində Astara rayonunun Sım kəndinin ecazkar təbiəti ilə tanış olub.

Talış qonaqpərvərliyi, Talış dağları və qaldığı evdəki interyerin gözəlliklərini öz paylaşımlarında ifadə edən Zakari Qros gözəl şəkillər paylaşıb. Talışlara məxsus olan ləvənginin dadına baxan səfir, Sım kəndində qarlı dağda gəzintiyə çıxıb.

 

Go to TOP