Azərbaycanın 2022-ci ildə azı 145 hərbçisini itirdiyi bildirilir

XHTİ: “Ümumilikdə 304 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb”

“2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Onlardan 87 nəfəri döyüş (85 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), 58 nəfəri isə qeyri-döyüş itkiləridir”.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə,  bu açıqlama Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) yanvarın 8-də yaydığı hesabatda əks olunub. Xəzər Hərbi Tədqiqatlar İnstitutu xatırladıb ki, 2021-ci ildə ildə ən azı 84 hərbi qulluqçu həyatını itirmişdi: “Onlardan 18 nəfəri döyüş, 66 nəfəri isə qeyri-döyüş itkisi idi”.

“Ümumilikdə – 2022-ci ildə 85 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 11 nəfər avtoqəzadan, 9 nəfər müxtəlif xəstəliklərdən, 6 nəfər qeyri-nizamnamə hadisələrindən, 6 nəfər naməlum səbəblərdən, 4 nəfər isə bədbəxt hadisə nəticəsində ölüb”, – deyə hesabatda vurğulanıb.Xəzər Hərbi Tədqiqatlar İnstitutu ötən il 22 hərbi qulluqçunin intihar etdiyini bildirib.

İnstitut qeyd edib ki, ötən ildə ölənlərdən 105 nəfər Müdafiə Nazirliyinin, 32 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 4 nəfər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, 2 nəfər isə Prezidentin Təhlükəsizlik Xidmətinin qulluqçusu olub:
“Onlardan 89 nəfər əsgər, 30 nəfəri MAXHQ, 2 nəfər gizir, 24 nəfər isə zabit rütbəsindəydi”.

Cədvəl “2022-ci ildə ümumilikdə isə ən azı 304 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”, – hesabatda belə yazılıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır: “Xüsusilə də 2022-ci ildə baş verən itkilər diqqət çəkir. İntiharlar, texniki qəzaların nəticəsində onlarla hərbi qulluqçunun dünyasını dəyişməsi güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir”.

İnstitut yaxın gələcəkdə regiondakı digər ölkələrin – Ermənistan və Gürcüstanın Təhlükəsizlik və Müdafiə Sektorunda ötən ildə baş verən itkilərin müqayisəli təhlilini təqdim edəcəyini açıqlayıb: “Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ümumilikdə ən azı 4.419 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3573 nəfər döyüş itkisidir. 846 nəfərsə qeyri-döyüş itkiləridir. Həmçinin 2003-2022-ci illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən çox olub”. Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir.

Go to TOP