İranda Talış-Muğan Respublikasının rəhbəri Ələkram Hümmətovun anım günü keçirilib.

İranda Talış-Muğan Respublikasının rəhbəri Ələkram Hümmətovun anım günü keçirilib.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, tədbir yanvarın səkkizində Tehranda baş tutub.

Talış-Muğan Respublikasının birinci Prezidenti Ələkram Hümmətova həsr edilmiş sözəgedən tədbirdə Tehranda rəsmi səfərdə olan Ermənistan nümayəndə həyəti də iştirak edib.

Qeyd edək ki, Prezident Ələkram Hümmətovun anım günü İran telekanalları tərəfindən geniş şəkildə işıqlandırılıb.

 

Go to TOP