Boris Talışinski: Bəs bu ikili standart deyilmi yoldaş Prezident?

“Özünüz prezident olduğunuz ölkədə, bu çıxışdan əvvəl minlərlə islama itaət edənləri saxta narkotik ittihamlarla həbs etdirmisiniz, başçı olduğunuz ölkənin aborigen vətəndaşları olan Talış xalqının adını dilinizə gətirmirsiniz, nəinki onların hüquqlarını”.
TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bunu Talışların Beynəlxalq İnsan Hüquqları Təşkilatının sədri Boris Talışinski öz feysbuk səhifəsində bəyan edib. Yazısını təqdim edirik:

“Adımı sənə qoyaram, səni də yana- yana silsiləsindən!

Əlbəttə ki, bu yaxşı təşəbbüsdür, irqçiliy, islamofobiya olan və etnik azlıqların hüquqları pozulan ölkələrə qarşı beynəlxalq tribunalardan çıxışlar etmək. Ancaq özünüz prezident olduğunuz ölkədə, bu çıxışdan əvvəl minlərlə islama itaət edənləri saxta narkotik ittihamlarla həbs etdirmisiniz, başçı olduğunuz ölkənin aborigen vətəndaşları olan Talış xalqının adını dilinizə gətirmirsiniz, nəinki onların hüquqlarını.

Bəs bu ikili standart deyilmi yoldaş Prezident?

Bu 20 il prezidentlik dövründə heç olmasa bircə dəfə Talış xalqının nümayəndələri ilə görüş keçirtdinizmi, onların problemləri ilə maraqlandınızmı?

Bu suala əyər özünüzdə cürət tapırsınızsa cavab verin”.

İlham Əliyev:
“Bu yaxınlarda Əlcəzair əsilli 17 yaş­lı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Bu baxımdan biz BMT-nin polisin atəş açma­sını pisləyən və Fransanı “hüquq-müha­fizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll et­məyə” çağıran bəyanatını dəstəkləyirik”, – deyən dövlətimizin başçısı Fransanın Korsika dilinə qadağa qoyması və etnik azlıqlar konsepsiyasını qəbul etməməsi fonunda ölkənin özünü Azərbaycanda­kı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışmasını riyakarlıq və ikili standartlar adlandırdı: “Fransa haki­miyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə apar­malıdır”.

May be an image of 6 people, dais and text that says 'H.E.MR. H.E.MR. ILHAMALIYEV ALIYEV CHAIR OF THE NON-ALIGNED NON- MOVEMENT MONTENEGRO'

Go to TOP