Cəlilabadda taxıl sahələrində yanğın oldu

Cəlilabadda taxıl sahələrində yanğın olub.

TOLİSHMEDİA informasiya agentliyinin məlumatına görə, hadisə rayonun Abdullu kəndi ərazisində biçilmiş taxıl sahələrində qeydə alınıb.

İlkin məlumata görə, kəndin 3 sakininə məxsus sahədə 3 hektar ərazi yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Go to TOP