Lənkəranda “ASAN xidmət”in əməkdaşının avtomobili yanıb

Lənkəran rayonunda “ASAN xidmət”in əməkdaşının avtomobili yanıb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus “Azsamand” markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev 2018-ci ildən “ASAN xidmət”də çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.

Go to TOP