Lənkəran rayonunda yaşayan işsizlərin sayı açıqlanıb

Azərbaycanın Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonu üzrə olan işsizlərin sayı haqda açıqlama verib. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, 2023-cü ilin oktyabr ayına olan vəziyyətə görə, Lənkəran ölkə üzrə qeydiyyata alınmış işsizlərin sayına görə 4-cü yerdədir. Burada ümumi qeydiyyata alınan işsizlərin sayı 5668 nəfərdir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyata alınmış ümumi işsizlərin sayı 230.495 nəfərdir. Onlardan 2774 nəfərə işsizliyə görə sığorta ödənişi verilir.

Go to TOP