Qəzzada şəhidlərin sayı 8500-i keçdi

Qəzzada şəhidlərin sayı 8500-i ötüb. bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Əl-Cəzirə internet saytının məlumatına görə, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü “Əşrəf əl-Qədərə” bu gün (çərşənbə axşamı) Əl-Əqsa tufanı əməliyatının başlanmasından bu yana Qəzza zolağında şəhidlərin sayının 8525 nəfərə çatdığını bildirib. onlardan 3542-si uşaq, 21187-si isə qadındır.

Əl-Qədərə əlavə edib: İşğalçı sionist rejimin hərbiçiləri bu gün səhər saatlarında Türkiyənin “Əs-Sədaqə” xəstəxanasına hücum ediblər.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, sabah (çərşənbə günü) əsas generatorların sıradan çıxması, eləcə də bu xəstəxanalardakı fəaliyyətlərin tamamilə dayandırılması üçün geri sayım elan ediləcək.

Əşrəf əl-Qədərə Misirdən Rəfəh keçidinin açılmasını və tibbi yardım, yanacaq göndərilməsi və yaralıların təxliyəsi prosesini təmin etməyi xahiş edib.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü həmçinin Fələstin vətəndaşlarını qan vermək üçün dərhal Qəzza zolağının xəstəxanalarına getməyə çağırıb.

 

Go to TOP