Lənkəranda uşaq bağçasının binası qəzalı vəziyyətdədir

Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən körpələr evi – uşaq bağçasının binası qəzalı vəziyyətdədir.

TOLİSHMEdİA informasiya agentliyinin məlumatına görə, 50 il ərzində binada təmir edilən yalnız dam örtüyü olub.

1973-cü ildən fəaliyyətə başlayan binada 50 il ərzində bir dəfə əsaslı təmir aparılıb, dam örtüyü dəyişdirilib. İndi bağçanın yararsız vəziyyətdə olması valideynləri və pedaqoji kollektivi narahat edir.

Məsələyə Lənkəran-Astara Regional Təhsil İdarəsindən münasibət bildirilib. Qurumun Lənkəran sektoru üzrə məsləhətçisi İranə Məhərrəmzadə mövcud vəziyyətdən xəbərdar olduqlarını və yaxın vaxtlarda yeni bağça binasının tikiləcəyini deyib.

 

Go to TOP