AQTA Lənkəranda yerləşən 10 ticarət obyektini cərimələyib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yerləşən bir sıra mağazalara protokol tərtib ediblər. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, şəhərin İ.Səmədzadə və Koroğlu küçələrində fəaliyyət göstərən iaşə obyektlərində nöqsanlar aşkar edilib. Nəticədə məntəqələrin sahiblərinə (Elman Muradov, Ramiz Xamiyev, Şahnaz Heydərova, Ulduz Salmanov, İlham Xosrovov, Famin Həsənov, Əflatun Həsənov, Namiq İsayev, Seymur Nəsirov) icrası məcburi göstərişlər verilib.

Go to TOP