Cəlilabadda yolun bir hissəsi çöküb

Cəlilabad rayonu Heydər Əliyev prospektinin Uzuntəpə kəndi ərazisindən keçən hissəsində yol çöküb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə yerli bürosuna sakinlər bildirib.

Onların sözlərinə görə, hadisə dekabrın 13-də baş verib.

Sakinlər qeyd ediblər ki, prospekt boyu bir neçə ərazidə əvvəllər də analoji hal qeydə alınıb.

Go to TOP