Cəlilabadda 4 otaqlı ev yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

TOLİSHMEDİA informasiya agentliyinin xəbərinə görə, hadisə rayon mərkəzindən 24 km uzaqlıqda yerləşən dağ kəndində olub.

Belə ki, yanğın Soyuqbulaq kəndində birmərtəbəli (4 otaqlı) ümumi sahəsi 96 kvadratmetr olan evdə baş verib. Evdə heç kəs olmadığından yanğından gec xəbər tutulub, yanğın şiddətlənib.

Yanğın zamanı xəsarət alan olmayıb, yanğının digər tikililərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

     

Go to TOP