Cəlilabadda yeniyetmə qızılcadan vəfat edib

Cəlilabadda 14 yaşlı oğlan qızılcadan həyatını itirib. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Alar kənd sakini Yusif İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb. Lakin yeniyetmə xəstəliyin fəsadlarından dünyasını dəyişib.

Xatırladaq ki, ötən gün Astarada 6 yaşlı uşaq qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyindən ölən uşaqların sayı 10-u keçib.

Vəfat edən uşaqlar Cəlilabad rayonunun Sabirabad kəndindən ,Lənkəran rayonunun Şirinsu qəsəbəsindən, Şəmkir və Şirvan rayonlarından, Qaradağ rayonunun Qobustan qəsəbəsindən, Şəki rayonundan və sunucusu Astara rayonundan olublar.

Go to TOP