Lənkəranda indiyə qədər 450 nəfərə yaxın insan qızılcaya yoluxub

Lənkəranda indiyə qədər qızılcaya yoluxanların sayı 447 nəfərdir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, yoluxanların əksəriyyəti uşaqlar və yeniyetmələr olsa da, yaşı 18-i ötənlər də az deyil, bir nəfər isə 61 yaşındadır.

Hazırda rayonda qızılca xəstəliyinə yoluxan 28 nəfər stasionar və ya ambulator şəraitdə müalicə olunur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin 11 ayı ərzində Azərbaycanda 1 493 nəfər qızılcaya yoluxub.

Qızılcadan ölənlərin sayı barədə rəsmi statistika təqdim olunmasa da jurnalist araşdırmaları göstərir ki, ötən milad ilinin axırlarından başlayaraq Azərbaycan Respublikasında uşaqlar arasında yayılan qızılca xəstəliyindən ölən uşaqların sayı 14-u keçib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, “Azərbaycanın bəzi bölgələrində qızılca virusuna yoluxma halları qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınır”. Bu müvafiq dövlət qurumlarının səhlənkarlığındanda irəli gələ bilər ancaq deyilənlərə görə Uşaqların qızılcaya qarşı peyvənd olunmamalarında ailələr təqsirkardır. Güya bəzi valideynlər buna müqavimət göstərirlər.

Qızılca xəstəliyinin əlacı yoxdur ona görə də uşaqların peyvənd edilməsi böyük əhəmiyyətə malikdir.

Həmçinin qızılcanın müşahidə olunduğu ərazilərdə fövqəladə hal olaraq digər uşaqlar və şəxslər təkrar peyvənd edilməlidir.

Azərbaycan Respublikasında qızılcadan tələfatların qeydə alındığı rayonlarda təcili və genişmiqyaslı peyvən əməliyyatlarının həyata keçirilməsi barədə heç bir məlumat yoxdur.

 

Go to TOP