Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəran rayonunda ağır yol qəzası olub.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillərin toqquşması nəticəsində,

1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Go to TOP