Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb

Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük veriləcək.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə tərəvəz məhsullarının əkini planlaşdırılır.

Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.

Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz məhsulları becərilir.

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.

Go to TOP