Masallının Yeyənkənd kəndində su kanalının ətrafı zibilliyə çevrilib

Masallı rayonunun Yeyənkənd kəndi ərazisində yağış sularının, kanalizasiya və digər çirkli suların axıdılması üçün nəzərdə tutulmuş su kanalının ətrafı zibilliyə çevrilib. Bu barədə TOLİSHMEDİA informasiya agentliyi xəbər verir.

Kəndin mərkəzi ilə keçən kanalın zibillənməsi sakinlər üçün müxtəlif xəstəliklərə yol açır. Kanalın yanından keçən yol gediş-gəlişlidir və buradan, həmçinin şagirdlər məktəbə getmək üçün də istifadə edirlər və kanaldan gələn pis qoxu onları narahat edir.

Go to TOP